Nazarbayevin qızı Qazaxıstanda yüksək vəzifəyə seçildi

20.03.2019 15:00
165
Nazarbayevin qızı Qazaxıstanda yüksək vəzifəyə seçildi

Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.


Ekspress.az xəbər verir ki, yeni spiker seçkilərinin keçirilməsi əvvəlki senat sədri Kasım-Jomart Tokayevin prezident vəzifələrinin icrasına başlaması ilə əlaqədardır.


Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

Ölkədə prezident seçkilərinin keçirilməsi 2020-ci ildə planlaşdırılır.

  • SON XƏBƏR
  • TREND