Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlanıb

18.03.2019 13:18
148
Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitə aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND