Göyçayda avtomobil iki qadını vurub

25.03.2019 15:45
121
Göyçayda avtomobil iki qadını vurub

Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.


Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub (report). Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ərazidə olan insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND