Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış

26.09.2019 10:45
52
Ərdoğanın nüvə açıqlamasına Rusiyadan baxış

Nüvə silahı digər ölkələri təhdidetmə vasitəsi deyil.


Ekspress.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Aleksandr Şerin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də nüvə silahı ilə bağlı çıxışını şərh edərkən deyib.

“Türkiyənin NATO üzvü olması günümüzdə güc balansının pozulmamasının səbəblərindən biridir. Bu gün Varşava Paktı yoxdur. Bir zamanlar Varşava Paktına üzv olan ölkələr indi NATO üzvüdürlər. Öz təhlükəsizliyini təmin edən ölkə digərlərinə zərər verməməlidir. Lakin ABŞ əksini edir. Nüvə silahına sahib ilk ölkə ABŞ olduğundan, digərləri də bənzər texnologiyalar əldə etmək istəyir. Əgər müqayisə etsək, görərik ki, Türkiyədən fərqli olaraq, bir çox ölkələrin dənizə çıxışı yoxdur. Çanaqqala və İstanbul boğazlarını hər kəs idarə edə bilmir. Bu səbəbdən bütün ölkələri bərabər tutmaq düzgün sayılmaz. Əgər hər hansı bir ölkənin ordusu yoxdursa, digərləri də “ləğv etsin” demirik. Bunu açıq şəkildə ifadə edirik ki, silahsızlanma ilə bağlı bütün prosesləri ilk növbədə ABŞ həyata keçirməlidir”, - deyə Şerin bildirib.


Qeyd edək ki, R.T.Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışında bir qisim dövlətlərin nüvə silahına sahib olmasına icazə verilməməsini ədalətsizlik adlandırıb.


Türk lider bildirib ki, nüvə silahı ya hamı üçün məqbul olmalı, ya da tamamilə qadağan edilməlidir. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND