Gürcüstanda azərbaycanlı yeniyetmənin uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar

06.06.2019 15:58
129
Gürcüstanda azərbaycanlı yeniyetmənin uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində 11-ci sinif şagirdi, 16 yaşlı azərbaycanlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar məlum olub.


Yeniyetməni zorlamaqda günahlandırılan 40 yaşlı kənd sakini ona qarşı irəli sürülən ittihamları rədd edib.


O, qızın ailəsinin ondan 10 min lari pul tələb etdiyini bildirib.


Qızın ailə üzvləri isə zorlama faktının olduğunu qeyd edərək 40 yaşlı kişinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Onlar bildiriblər ki, həmin kişinin ailəsi faktın gizlədilməsi müqabilində qızıl təklif edib.


Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə və ya seksual xarakterli digər əməlləri nəzərdə tutan 140-cı maddəsi ilə istintaq aparır. İstintaq çərçivəsində dünyaya gələn uşağın atasının müəyyən olunması ilə bağlı genetik ekspertiza həyata keçiriləcək (report). Yeniyetməni zorlamaqda təqsirləndirilən şəxsi günahı sübuta yetiriləcəyi təqdirdə 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND