Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib

22.02.2019 09:55
302
Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib

Rusiyanın “Zenit” klubunun hücumçusu Sərdar Azmun İranın avrokuboklarda ən yaxşı bombardirinə çevrilib.


Ekspress.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard buna Avropa Liqasının 1/16 finalında Türkiyə “Fənərbağça”sını evdə 3:1 hesabı ilə məğlub etdikləri cavab matçında nail olub.


Görüşün 4-cü dəqiqəsində komanda yoldaşı Məhəmməd Ozdoyevə məhsuldar ötürmə verən, 37 və 76-cı dəqiqələrdə isə özü fərqlənən S.Azmun, bununla da avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub.


Onun hesabında 8, Əli Daeidə 6, Mehdi Mahdavikiya və Saman Qoddosda isə 5 qol var. Ə.Daei və M. Mahdavikiya futbolçu karyeralarını başa vurublar.


Məlumat üçün bildirək ki, S.Azmun həftənin ən yaxşı oyunçusu adına da namizəddir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND