Türk xalq­la­rı­nın bir­li­yi və ya türk di­as­por təş­ki­lat­la­rı

19.10.2018 19:30
685
Türk xalq­la­rı­nın bir­li­yi və ya türk di­as­por təş­ki­lat­la­rı

Yü­zil­lər bo­yun­ca möv­cud olan türk dün­ya­sı­nın bir­li­yi ide­ya­sı­nın re­al­laş­ma­sı is­ti­qa­mə­tin­də konk­ret ad­dım­lar XX əsr­də atı­lıb. Məhz bu ba­xım­dan türk dün­ya­sı­nın iki bö­yük li­de­ri­nin - Mus­ta­fa Ka­mal Ata­türk və Hey­dər Əli­ye­vin xid­mət­lə­ri­ni xü­su­si­lə qeyd et­mək la­zım­dır. "Azər­bay­ca­nın se­vin­ci se­vin­ci­miz, kə­də­ri kə­də­ri­miz­dir" və "Biz bir mil­lət, iki döv­lə­tik" kə­lam­la­rı bu bö­yük şəx­siy­yət­lə­rin türk dün­ya­sı­nın bir­li­yi­nə nə qə­dər bö­yük önəm ver­di­yi­nin əya­ni təs­di­qi­dir.


Tür­ki­yə və Azər­bay­can ara­sın­da­kı əla­qə­lər ta­ri­xən bağ­lı ol­du­ğu ki­mi, xa­ri­ci öl­kə­lər­də­ki türk və Azər­bay­can di­as­por təş­ki­lat­la­rı da sıx əla­qə­lə­rə ma­lik­dir­lər. Eks­pert­lə­rə gö­rə, son il­lər­də lob­bi­çi­lik fəa­liy­yə­ti­nin bey­nəl­xalq si­ya­si pro­ses­lər­də öz sö­zü­nü de­mə­si ar­tıq bir fakt­dır.


Döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər­də, ümum­mil­li mə­sə­lə­lər­də di­as­por cə­miy­yət­lə­ri­nin lob­bi­çi­lik fəa­liy­yə­ti­nin müs­təs­na əhə­miy­yət kəsb et­mə­si gü­nü­mü­zün re­al­lı­ğı­dır. Hət­ta bir çox hal­lar­da dün­ya­da ge­dən pro­ses­lə­rə tə­sir et­mək iq­ti­da­rın­da olan döv­lət­lə­rin si­ya­si ha­ki­miy­yət­lə­ri di­as­por cə­miy­yət­lə­ri­nin təb­li­ğa­tı­nı əsas gö­tü­rə­rək mü­va­fiq qə­rar­lar qə­bul et­mə­yə üs­tün­lük ve­rir­lər.


Er­mə­ni lob­bi­si­nin son il­lər­də türk dün­ya­sı­na qar­şı apar­dı­ğı kam­pa­ni­ya­da qa­zan­dı­ğı uğur­la­rın kö­kün­də təm­sil olun­duq­la­rı öl­kə­lə­rin ic­ti­mai-si­ya­si hə­ya­tın­da fə­al­lıq­la­rı da­ya­nır. Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə bə­zi bey­nəl­xalq təş­ki­lat­la­rın və döv­lət­lə­rin iki­li stan­dart­lar­dan ya­naş­ma­sı­nın kö­kün­də də er­mə­ni di­as­por təş­ki­lat­la­rı­nın lob­bi­çi­lik fəa­liy­yə­ti­nin da­yan­dı­ğı is­tis­na de­yil.


Eks­pert­lər bil­di­rir­lər ki, xa­ri­ci öl­kə­lər­də­ki er­mə­ni di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti tək­cə Azər­bay­can və Tür­ki­yə­yə qar­şı de­yil, ümu­mən türk dün­ya­sı­na qar­şı yö­nə­lib. Ümu­miy­yət­lə, Azər­bay­can və Tür­ki­yə ba­rə­sin­də xü­su­sən Qərb tə­fək­kü­rün­də doğ­ru mə­lu­mat­la­rın yer al­ma­sı, əsl hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı və ən əsa­sı er­mə­ni­lə­rin lob­bi­çi­lik fəa­liy­yə­ti­nin an­ti­tür­ki­yə, an­tia­zər­bay­can fəa­liy­yə­ti­nin qar­şı­sı­nın alın­ma­sı, on­la­rın ya­lan id­dia­la­rı­nın if­şa edil­mə­si üçün xa­ri­ci öl­kə­lər­də­ki Azər­bay­can və türk di­as­por cə­miy­yət­lə­ri­nin üzə­ri­nə bö­yük mə­su­liy­yət dü­şür.


Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan bil­di­rib ki, Tür­ki­yə ilə Azər­bay­can ara­sın­da mü­na­si­bət­lər kök­lü ta­ri­xi və mə­də­ni bağ­lar­dan qay­naq­la­nan qar­daş­lıq tə­mə­li üzə­rin­də hər sa­hə­də in­ki­şaf et­mək­də və güc­lən­mək­də­dir: "Bu mü­na­si­bət­lə­rin me­mar­la­rın­dan bi­ri olan bö­yük li­der, hör­mət­li Hey­dər Əli­ye­vin de­di­yi ki­mi, Tür­ki­yə və Azər­bay­can ey­ni mil­lə­tin iki ay­rı döv­lə­ti­dir. Mər­hum pre­zi­den­tin iki öl­kə ara­sın­da əla­qə­lə­rin ide­al qiy­mə­ti­ni ifa­də et­mək üçün is­ti­fa­də et­di­yi bu şü­ar re­al hə­yat­da ək­si­ni ta­pıb. Se­vinc­də də, kə­dər­də də bir olan Tür­ki­yə və Azər­bay­ca­na bü­tün dün­ya qib­tə ilə ba­xır. Dün­ya­da baş­qa bir ör­nə­yi ol­ma­yan bu du­rum şüb­hə­siz ki, Tür­ki­yə və Azər­bay­ca­nın bey­nəl­xalq əla­qə­lə­ri ba­xı­mın­dan hər iki öl­kə­nin üs­tün­lü­yü­dür. İki öl­kə ara­sın­da si­ya­si, iq­ti­sa­di, hər­bi, mə­də­ni, ti­ca­rət və di­gər sa­hə­lər­də nü­mu­nə­vi əla­qə­lər möv­cud­dur. Qar­şı­lıq­lı inam və bir­gə fəa­liy­yət­lə əla­qə­lə­ri­mi­zin in­ki­şa­fı­na və güc­lən­mə­si­nə na­il ol­duq, bu­nun üçün sağ­lam tə­məl ya­rat­dıq. Azər­bay­ca­nın zən­gin ener­ji eh­ti­yat­la­rı, sü­rət­lə in­ki­şaf edən iq­ti­sa­diy­ya­tı, de­mok­ra­ti­ya və in­san haq­la­rı sa­hə­sin­də hə­ya­ta ke­çir­di­yi is­la­hat­lar­la böl­gə­də və dün­ya­da get­dik­cə la­yiq ol­du­ğu nöq­tə­yə çat­maq­da ol­du­ğu­nu məm­nu­niy­yət­lə iz­lə­yi­rik. Tür­ki­yə bu gü­nə qə­dər yax­şı və pis gün­lə­rin­də Azər­bay­can xal­qı­nın ya­nın­da olub və bun­dan son­ra da hər sa­hə­də əlin­dən gə­lən dəs­tə­yi gös­tər­mə­yə ha­zır­dır".


Pre­zi­dent İl­ham Əli­yev qeyd edib ki, Azər­bay­can xal­qı Tür­ki­yə ilə hə­mi­şə bir­lik, həm­rəy­lik nü­ma­yiş et­di­rib: "Bi­zim gə­lə­cək fəa­liy­yə­ti­miz üçün mil­li ideo­lo­gi­ya­mız əsas rol oy­na­yır. Azər­bay­can­çı­lıq məf­ku­rə­si Azər­bay­can­da tam bər­qə­rar olub, Azər­bay­can xal­qı va­hid mil­li ide­ya ət­ra­fın­da bir­lə­şib və öl­kə­miz çox uğur­la in­ki­şaf edir. Azər­bay­can­da din­lə­ra­ra­sı, mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər nü­mu­nə­vi xa­rak­ter da­şı­yır. Azər­bay­can­da bü­tün xalq­la­rın, din­lə­rin nü­ma­yən­də­lə­ri bir ai­lə ki­mi meh­ri­ban­lıq şə­rai­tin­də ya­şa­yır və bun­dan son­ra da ya­şa­ya­caq­dır. Bi­zim si­ya­sə­ti­miz və cə­miy­yə­tin is­tək­lə­ri bu is­ti­qa­mət­də atı­la­caq ad­dım­la­rı da şərt­lən­di­rə­cək.


Azər­bay­can öl­kə da­xi­lin­də din­lə­ra­ra­sı, mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin tən­zim­lən­mə­sin­də çox bö­yük uğur­la­ra na­il olub və biz son 15 il ər­zin­də bu­nu dün­ya­ya nü­ma­yiş et­dir­mi­şik. Tək­cə ona gö­rə yox ki, özü­mü­zü gös­tə­rək, ona gö­rə ki, dün­ya­da da müs­bət me­yil­lər üs­tün­lük təş­kil et­sin. Əf­sus­lar ol­sun ki, son 15 il ər­zin­də dün­ya­da bu is­ti­qa­mət­də çox təh­lü­kə­li pro­ses­lər cə­rə­yan edib. İs­la­mo­fo­bi­ya, kse­no­fo­bi­ya, ay­rı-seç­ki­lik ar­tıq bə­zi öl­kə­lər­də döv­lət si­ya­sə­ti­nə çev­ri­lir, baş­qa mil­lət­lə­rin, din­lə­rin nü­ma­yən­də­lə­ri­nə mən­fi mü­na­si­bət gös­tə­ri­lir. Ona gö­rə biz ça­lış­mı­şıq və bun­dan son­ra da ça­lı­şa­ca­ğıq ki, öz nü­mu­nə­mi­zi gös­tə­rə­rək sü­but edək ki, mul­ti­kul­tu­ra­lizm ya­şa­yır və ya­şa­ma­lı­dır. Ey­ni za­man­da, biz öz mil­li mə­nə­vi də­yər­lə­ri­mi­zə sa­di­qik, bu­na bağ­lı­yıq və tə­sa­dü­fi de­yil ki, 2016-cı və 2017-ci il­lər Azər­bay­can­da "Mul­ti­kul­tu­ra­lizm" və "İs­lam Həm­rəy­li­yi" il­lə­ri elan olun­muş­dur.

Azər­bay­can son 15 il ər­zin­də bey­nəl­xalq aləm­də bö­yük uğur­la­ra im­za at­dı. Bi­zim dün­ya­da­kı möv­qe­lə­ri­miz möh­kəm­lə­nir, Azər­bay­can çox müs­bət bey­nəl­xalq re­pu­ta­si­ya­ya ma­lik olan bir öl­kə­dir. Bi­zə qar­şı dün­ya bir­li­yi tə­rə­fin­dən bö­yük rəğ­bət, dəs­tək var, biz bu­nu hiss edi­rik və əl­də edil­miş nə­ti­cə­lər, qə­bul edil­miş qə­rar­lar bu­nu bir da­ha təs­diq­lə­yir. Əl­bət­tə ki, bu­nun ən ba­riz nü­mu­nə­si bi­zim 155 öl­kə­nin dəs­tə­yi ilə BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­na se­çil­mə­yi­miz olub­dur. Bu, gənc müs­tə­qil döv­lət üçün çox bö­yük nai­liy­yət­dir və bu, onu gös­tə­rir ki, dün­ya bir­li­yi­nin müt­ləq ək­sə­riy­yə­ti bi­zi dəs­tək­lə­yir ("AZƏR­TAC).


Eks­pert İl­qar İl­kin ya­zır ki, öl­kə baş­çı­sı Azər­bay­can və Türk xalq­la­rı­nın di­as­por təş­ki­lat­la­rı­nın xa­ri­ci me­dia or­qan­la­rı ilə tə­mas qur­ma­la­rı­nı, qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lıq et­mə­lə­ri­ni, bu me­dia oq­ran­la­rın­da Türk dün­ya­sı­na qar­şı qə­rəz­li hü­cum­la­rı neyt­ral­la­şır­ma­ğı, on­lar­la əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­si­nə diq­qət ay­rıl­ma­sı­nı va­cib sa­yır­dı: "Bu hə­min vaxt­lar idi ki, ay­rı-ay­rı öl­kə­lə­rin mət­bu or­qan­la­rın­da Azər­bay­ca­na qar­şı mü­əy­yən təx­ri­bat xa­rak­ter­li ya­zı­lar dərc olu­nur­du, öl­kə­mi­zə qar­şı şər-böh­tan atı­lır­dı. Qeyd edim ki, Azər­bay­can di­as­po­ru­nun ən tə­sir­li his­sə­si­nin fəa­liy­yət dai­rə­si Av­ro­pa öl­kə­lə­rin­də cəm­lə­nib. Av­ro­pa Bir­li­yi öl­kə­lə­ri ilə Azər­bay­ca­nın əla­qə­lə­ri­ni nə­zə­rə al­saq, bu öl­kə­lər­də mil­li ma­raq­la­rı­mı­zın yük­sək sə­viy­yə­də tə­min olun­ma­sı­na da eh­ti­yac var­dır. Av­ro­pa Bir­li­yi öl­kə­lə­ri həm də er­mə­ni lob­bi­si­nin və di­as­po­ra təş­ki­lat­la­rı­nın ən güc­lü ol­du­ğu bir coğ­ra­fi mə­kan­dır. Odur ki, bu gü­cə qar­şı mü­ba­ri­zə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın, dip­lo­ma­tik kor­pus­la­rı­mı­zın fəa­liy­yə­ti ilə ya­na­şı, üç baş­lı­ca güc mən­bə­yin­dən is­ti­fa­də edil­mə­li­dir:

- Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən bü­tün Türk xalq­la­rı­nın di­as­por və lob­bi təş­ki­lat­la­rı ilə or­taq əla­qə

- Av­ro­pa Bir­li­yi öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən xa­ri­ci Me­dia qu­rum­la­rı ilə əla­qə

- Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən Türk­cə Me­dia Qu­rum­la­rı ilə əla­qə.

Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən bir çox di­as­por təş­ki­lat­la­rı ilə qar­şı­lıq­lı əla­qə­lə­ri­mi­zin möv­cud­lu­ğu, on­lar­la or­taq la­yi­hə­lə­ri ger­çək­ləş­dir­mə­yi­miz nə­ti­cə­sin­də əl­də et­di­yi­miz təc­rü­bə­dən də ya­rar­la­na­raq, qeyd edə bi­lə­rik ki, xa­ri­ci me­dia ilə əla­qə­lə­rə önəm ver­mək üçün ön­cə­dən bir sı­ra ad­dım­lar atıl­ma­lı­dır. Bu ad­dım­lar­dan bi­ri ki­mi, apa­rı­cı Av­ro­pa öl­kə­lə­rin­də olan Türk­cə Me­dia Qu­rum­la­rı­nın bir ara­ya gə­ti­ril­mə­si, on­lar ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­dır. Mə­sə­lən, mə­lu­mat üçün bil­di­rim ki, tək­cə Av­ro­pa­nın si­ya­si mər­kə­zi olan Brüs­sel­də 21 türk me­dia qu­ru­mu fəa­liy­yət gös­tə­rir ki, on­lar da va­hid Bel­çi­ka Türk­cə Me­dia Plat­fo­ru­mun­da bir­lə­şib­lər. Ey­ni qay­da­da Av­ro­pa­nın di­gər qa­baq­cıl öl­kə­lə­rin­də - Ho­lan­di­ya, Al­ma­ni­ya, Fran­sa, İs­veç, Nor­veç, İta­li­ya, İn­gil­tə­rə və s. olan Türk­cə me­dia or­qan­la­rı ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı və on­la­rın Ümu­mav­ro­pa Türk­cə Me­dia Plat­for­mun­da mər­kəz­ləş­di­ril­miş şə­kil­də fəa­liy­yət gös­tər­mə­si da­ğı­nıq hal­da gö­rün­mə­yən me­dia fəa­liy­yət­lə­ri­nin açıq bir güc mər­kə­zi ha­lın­da lob­bi fəa­liy­yə­ti gös­tər­mə­si­ni tə­min edə bi­lər" ("ma­nevr.az").


İ.İl­kin onu da qeyd edir ki, Azər­bay­ca­nın in­ki­şa­fı, və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu pro­ses­lə­ri, öl­kə­mi­zin de­mok­ra­tik­ləş­mə­si mə­sə­lə­lə­ri Av­ro­pa döv­lət­lə­rin uni­ver­si­tet­lə­rin­də təh­sil alan tə­lə­bə­lə­rin, si­ya­si par­ti­ya­la­rın, Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən ay­rı-ay­rı döv­lət­lə­rin dip­lo­ma­tik kor­pus­la­rı əmək­daş­la­rı­nın, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri əmək­daş­la­rı­nın da fay­da­la­na­ca­ğı şək­siz­dir.

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND