Azərbaycanda sabiq polisin qızı oğurluq etdi - OĞURLUQ ANI KAMERALARDA - VİDEO


23.08.2019 12:44
1810
Azərbaycanda sabiq polisin qızı oğurluq etdi - OĞURLUQ ANI KAMERALARDA - VİDEO

Bakıda gənc qızın başqasının evindən oğurluq etməsi ilə bağlı video yayılıb. 


Ekspress.az demokrat.az-a istinadən xəbər verir ki, "Qonşunun evindən oğurluq edən polis qızı anbaan kameralara düşdü" başlığı ilə YouTube portalına yerləşdirilən videoda gənc xanımın evdə saxlanc yerlərini axtardığı əks olunub. Axtarış aparan şəxsin Seyfullazadə Fəridə Tahir qızı olduğu bildirilir.


Videonun məlumat hissəsində qızın özünün və valideynlərinin Facebook profilləri yerləşdirilərək, həmin şəxslərdən ehtiyatlı olmaq tövsiyə edilir. 


Facebook profillərindən görünür ki, F.Seyfullazadənin atasının sabiq polis əməkdaşıdır, qadın özü isə ötən il ailə qurub.


Qeyd edək ki, videoda oğurluq hadisəsinin 19 avqust 2018-ci il tarixdə törədildiyi görünür.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND