Di­as­por təş­ki­lat­la­rı Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü­nü qeyd edir

24.12.2018 19:19
698
Di­as­por təş­ki­lat­la­rı Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü­nü qeyd edir

Bir ne­çə gün­dən son­ra Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü qeyd olu­na­caq. Bu bay­ra­mın qeyd olun­ma­sı bü­tün dün­ya azər­bay­can­lı­la­rı tə­rə­fin­dən ar­tıq bir zə­ru­rə­tə və mə­nə­vi eh­ti­ya­ca çev­ri­lib.


Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü bir bay­ram ki­mi dün­ya­nın 70-dən çox öl­kə­sin­də azər­bay­can­lı­lar tə­rə­fin­dən qeyd olu­nur. Bu bay­ram Azər­bay­can di­as­po­ru üçün ən mü­hüm bay­ra­ma çev­ri­lib.


31 De­kabr Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü­nə bir həf­tə­dən də az vaxt qa­lır. Ar­tıq dün­ya­nın ay­rı-ay­rı öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı bu bay­ra­mı qeyd edir­lər.


Avs­tri­ya­nın Zalt­sburq şə­hə­rin­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü və Ye­ni il mü­na­si­bə­ti­lə təd­bir ke­çi­ri­lib.


Avs­tri­ya Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­nin təş­kil et­di­yi təd­bir­də bu öl­kə­də ya­şa­yan soy­daş­la­rı­mız­la ya­na­şı yer­li ic­ti­ma­iy­yə­tin nü­ma­yən­də­lə­ri və di­gər di­as­por təş­ki­lat­la­rı­nın üzv­lə­ri iş­ti­rak edib­lər.

Təd­bir Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət him­ni­nin oxun­ma­sı ilə baş­la­yıb.

Son­ra Avs­tri­ya Azər­bay­can­lı­la­rı Cə­miy­yə­ti­nin səd­ri Fə­rid Əzi­zov təd­bi­ri açıq elan edə­rək, iş­ti­rak­çı­la­ra Cə­miy­yə­tin məq­səd və mə­ra­mı ba­rə­də mə­lu­mat ve­rib. Həm­rəy­lik Gü­nü ba­rə­də da­nı­şan F.Əzi­zov bu gün xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız ara­sın­da bir­li­yin nə qə­dər va­cib ol­ma­sı­nı vur­ğu­la­yıb, on­la­rın ya­şa­dıq­la­rı öl­kə­də yer­li mü­hi­tə in­teq­ra­si­ya edə­rək, Azər­bay­can haq­qın­da hə­qi­qət­lə­ri yer­li ic­ti­ma­iy­yə­tə çat­dır­ma­ğa ça­ğı­rıb.


Avs­tri­ya­da ya­şa­yan azər­bay­can­lı iş ada­mı Ra­uf Ka­mil müx­tə­lif öl­kə­lər­də ya­şa­yan soy­daş­la­rı­mı­zın uğur­la­rın­dan söz açıb və təş­ki­la­ta fəa­liy­yə­tin­də uğur­lar ar­zu­la­yıb.

Son­da təd­bir­də iş­ti­rak edən kör­pə­lə­rə hə­diy­yə­lər təq­dim olu­nub.


Uk­ray­na­nın pay­tax­tı Ki­yev şə­hə­rin­də də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü mü­na­si­bə­ti­lə tən­tə­nə­li təd­bir ke­çi­ri­lib. Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (UAK) Ki­yev şə­hər təş­ki­la­tı­nın səd­ri, Azər­bay­ca­nın sər­bəst gü­ləş üz­rə Əmək­dar id­man us­ta­sı, Əmək­dar məşq­çi­si Oleq Kra­pi­vin tə­rə­fin­dən təş­kil olu­nan təd­bir­də öl­kə­mi­zin Uk­ray­na­da­kı sə­fir­li­yi­nin əmək­daş­la­rı, di­as­por rəh­bər­lə­ri, Uk­ray­na­nın ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lə­ri və soy­daş­la­rı­mız iş­ti­rak edib­lər.


Təd­bir Azər­bay­can və Uk­ray­na­nın döv­lət himn­lə­ri ilə baş­la­yıb. Son­ra çı­xış edən O.Kra­pi­vin bil­di­rib ki, Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü­nün ba­ni­si ümum­mil­li li­der Hey­dər Əli­yev olub. O qeyd edib ki, bu bay­ram Azər­bay­ca­nın di­gər bay­ram­la­rı­nın içə­ri­sin­də öz la­yiq­li ye­ri­ni tu­tub və bü­tün dün­ya­da ya­şa­yan azər­bay­can­lı­lar tə­rə­fin­dən ge­niş şə­kil­də qeyd edi­lir.


Dün­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­za döv­lət qay­ğı­sın­dan da­nı­şan Azər­bay­ca­nın Uk­ray­na­da­kı sə­fir­li­yin mü­şa­vi­ri El­man Ba­ğı­rov bil­di­rib ki, bu bay­ra­mın me­ma­rı ulu ön­dər Hey­dər Əli­ye­vin 1991-ci il­də Nax­çı­van­da iş­lə­di­yi vaxt­lar uzaq­gö­rən­lik­lə çı­xar­dı­ğı qə­rar öz nə­ti­cə­si­ni ver­mək­də­dir. Onun söz­lə­ri­nə gö­rə, ulu ön­dər Hey­dər Əli­ye­vin ide­ya­la­rı­nın la­yiq­li da­vam­çı­sı Pre­zi­dent İl­ham Əli­yev bu gün dün­ya azər­bay­can­lı­la­rı­nın güc­lən­mə­si üçün öz əmə­yi­ni, bi­li­yi­ni əsir­gə­mir. Da­ha son­ra E.Ba­ğı­rov gös­tər­dik­lə­ri xid­mə­tə gö­rə, O.Kra­pi­vin, onun bi­rin­ci müa­vi­ni Se­yi­də­li Qad­ma­li­yev və müa­vi­ni Fi­ru­din Hə­şi­mo­vu sə­fir­li­yin fəx­ri dip­lo­mu ilə təl­tif edib.


Təd­bir­də Uk­ray­na­nın ic­ti­mai-si­ya­si xa­dim­lə­ri, Azər­bay­ca­nın di­as­por rəh­bər­lə­ri öz sə­mi­mi təb­rik­lə­ri­ni bö­lü­şüb­lər. Bay­ram təd­bi­ri sə­nət­çi­lə­rin çı­xı­şı ilə da­vam et­di­ri­lib (AZƏR­TAC).


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi və Fin­lan­di­ya Ko­or­di­na­si­ya Şu­ra­sı­nın təş­ki­lat­çı­lı­ğı ilə Fin­lan­di­ya­nın pay­tax­tı Hel­sin­ki şə­hə­rin­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü və Ye­ni il bay­ra­mı mü­na­si­bə­ti­lə ke­çi­ri­lən təd­bir­də Fin­lan­di­ya­da ya­şa­yan azər­bay­can­lı­lar­la ya­na­şı, Fin­lan­di­ya ic­ti­ma­iy­yə­ti­nin təm­sil­çi­lə­ri, Azər­bay­ca­nın Fin­lan­di­ya­da­kı dip­lo­ma­tik kor­pu­su­nun nü­ma­yən­də­lə­ri və di­gər qo­naq­lar iş­ti­rak edib. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mii­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, Azər­bay­can, in­gi­lis və fin di­lin­də ke­çən təd­bir Azər­bay­ca­nın döv­lət him­ni­nin səs­lən­di­ril­mə­si və şə­hid­lə­ri­mi­zin xa­ti­rə­si­nin bir də­qi­qə­lik sü­kut­la yad edil­mə­si ilə baş­la­yıb. Da­ha son­ra Fin­lan­di­ya Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si Ül­viy­yə Cab­ba­ro­va iş­ti­rak­çı­la­rı sa­lam­la­ya­raq Həm­rəy­lik Gü­nü­nün ta­ri­xi ba­rə­də on­la­ra mə­lu­mat ve­rib, dün­ya azər­bay­can­lı­la­rı­nın həm­ryə­li­yi­nin və azər­bay­can­çı­lıq ide­ya­la­rı­nın ya­ran­ma­sın­da ulu ön­dər Hey­dər Əli­ye­vin xid­mət­lə­ri­ni vur­ğu­la­yıb. Azər­bay­can döv­lə­ti­nin di­as­po­ra diq­qət və qay­ğı­sın­dan da­nı­şan təş­ki­lat rəh­bə­ri Pre­zi­dent İl­ham Əli­ye­vin xa­ric­də­ki soy­daş­la­rı­mı­za gös­tər­di­yi dəs­tək ba­rə­də da­nı­şıb. Azər­bay­can hə­qi­qət­lə­ri­nin bey­nəl­xalq alə­mə çat­dı­rıl­ma­sın­da, Azər­bay­can mə­də­niy­yə­ti­nin ta­nı­dıl­ma­sın­da bi­rin­ci vit­se-pre­zi­dent Meh­ri­ban Əli­ye­va­nın xid­mət­lə­ri vur­ğu­la­nıb.


Təd­bir­də çı­xış edən Fin­lan­di­ya Azər­bay­can­lı­la­rı As­so­sa­si­ya­sı­nın vit­se-pre­zi­den­ti və Qa­dın­lar Cə­miy­yə­ti­nin səd­ri Ar­zu Oq­tay dün­ya­da ya­şa­yan 50 mil­yon­dan ar­tıq azər­bay­can­lı­nın bu bay­ra­ma önəm ver­di­yi­ni vur­ğu­la­ya­raq bü­tün soy­daş­la­rı­mı­zı bu mü­na­si­bət­lə təb­rik edib.


Da­ha son­ra Ay­lin Cab­bar­lı Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü ilə bağ­lı in­gi­lis di­lin­də ge­niş çı­xış edib. Çı­xış­lar­dan son­ra təd­bi­rin bə­dii his­sə­sin­də Fin­lan­di­ya­da ya­şa­yan azər­bay­can­lı mu­si­qi­çi­lər Sa­vo­ji­far Mo­na, Ley­li Hü­sey­no­va, Nəz­rin Mə­cid­li və baş­qa­la­rı Azər­bay­ca­nın xalq mah­nı­la­rı­nı, türk mu­si­qi­lə­ri­ni oxu­yub, for­te­pia­no­da Azər­bay­can bəs­tə­kar­la­rı­nın əsər­lə­ri­ni səs­lən­di­rib­lər.

Son­da Fin­lan­di­ya Azər­bay­ca­nı­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı adın­dan iş­ti­rak­çı­la­ra ye­ni il hə­diy­yə­lə­ri təq­dim edi­lib.


Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə­də­ki Sə­fir­li­yi və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə İs­veç­rə­nin pay­tax­tı Bern şə­hə­rin­də Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­nə həsr olun­muş təd­bir ke­çi­ri­lib. Azər­bay­can di­as­po­ru­nun və yer­li ic­ti­ma­iy­yə­tin nü­ma­yən­də­lə­ri­nin iş­ti­rak et­di­yi təd­bi­ri öl­kə­mi­zin İs­veç­rə­də­ki sə­fi­ri Xa­nım İb­ra­hi­mo­va aça­raq bu bay­ra­mın əsa­sı­nın ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­du­ğu­nu xa­tır­la­dıb.


Da­ha son­ra Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­li­yi Gü­nü­nün əhə­miy­yə­ti­nə to­xu­nan sə­fir, bu ta­ri­xin Azər­bay­can­lı­la­rın mil­li bir­li­yi­nin for­ma­laş­ma­sı­nın baş­lan­ğı­cı və bu bir­li­yin sim­vo­lik gü­nü ol­du­ğu­nu söy­lə­yib. Sə­fir X.İb­ra­hi­mo­va azər­bay­can­lı­la­rı Bern şə­hə­rin­də bu ilin av­qust ayın­dan fəa­liy­yət gös­tə­rən, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si və Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin bir­gə la­yi­hə­si ki­mi, yer­li öl­kə­nin təh­sil sis­te­mi­nə in­teq­ra­si­ya olun­muş na­dir Azər­bay­can mək­təb­lə­rin­dən olan "Qa­ra­bağ" mək­tə­bi­nin fəa­liy­yə­ti­ni dəs­tək­lə­mə­yə, elə­cə də ümu­mil­li məq­səd­lər na­mi­nə bü­tün fi­kir ay­rı­lıq­la­rı­nı kə­na­ra qo­ya­raq va­hid qüv­və ki­mi ça­lış­ma­ğa ça­ğı­rıb.


"İs­veç­rə Azər­bay­can­lı­la­rı Mə­də­niy­yət Mər­kə­zi"nin rəh­bə­ri, İs­veç­rə Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lənd­ri­ci­si Qa­sım Nə­si­rov "Qa­ra­bağ mək­tə­bi"nin fəa­liy­yə­ti ba­rə­də iş­ti­rak­çı­la­rı mə­lu­mat­lan­dı­rıb, qo­naq­la­rı mək­tə­bin ta­nı­tı­mı məq­sə­di­lə təş­kil olu­na­caq se­mi­nar­da iş­ti­ra­ka də­vət edib.


Təd­bir­də Eh­ti­ram Hü­sey­nov və Gü­nay İmam­ver­di­ye­va­nın ifa­sın­da Azər­bay­can mu­ğam mu­si­qi­si­nin in­ci­lə­ri səs­lən­di­ri­lib.


Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin və öl­kə­mi­zin Al­ma­ni­ya Fe­de­ra­tiv Res­pub­li­ka­sın­da­kı Sə­fir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə de­kab­rın 21-də Ber­lin şə­hə­rin­də "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü və Ye­ni il­də Plan­lar və Pers­pek­tiv­lər" ad­lı təd­bir ke­çi­ri­lib. Təd­bir­də Azər­bay­ca­nın Al­ma­ni­ya­da­kı Sə­fir­li­yi­nin əmək­daş­la­rı, bu öl­kə­də ya­şa­yan həm­və­tən­lə­ri­miz, di­as­por rəh­bər­lə­ri, Al­ma­ni­ya ic­ti­ma­iy­yə­ti­nin nü­ma­yən­də­lə­ri iş­ti­rak edib­lər.


Təd­bir Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət him­ni­nin səs­lən­di­ril­mə­si ilə baş­la­yıb. Al­ma­ni­ya Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si Ya­şar Mu­sa­yev gi­riş sö­zü ilə çı­xış edə­rək iş­ti­rak­çı­la­rı sa­lam­la­yıb və qar­şı­dan gə­lən bay­ram­la­rı­nı təb­rik edib. Y.Mu­sa­yev tə­mə­li ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü­nün xal­qı­mı­zın və bü­tün dün­ya­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zin mə­nə­vi bir­li­yi­nin rəm­zi ol­du­ğu­nu vur­ğu­la­yıb. O, təd­bi­rin ke­çi­ril­mə­sin­də ver­di­yi dəs­tə­yə gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə və Azər­bay­can Res­pub­li­ka­sı­nın AFR-də­ki Sə­fir­li­yi­nə öz tə­şək­kü­rü­nü ifa­də edib. Y.Mu­sa­yev Al­ma­ni­ya Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis edil­mə­si­ni zə­ru­ri edən amil­lər və fəa­liy­yət is­ti­qa­mət­lə­ri haq­qın­da mə­lu­mat ve­rib, Al­ma­ni­ya azər­bay­can­lı­la­rı­nı bir­li­yə və həm­rəy­li­yə ça­ğı­rıb.


Təd­bir­də Ba­kı Me­dia Mər­kə­zi­nin əmək­da­şı Ta­hir Əli­yev çı­xış edə­rək iş­ti­rak­çı­la­rı sa­lam­la­yıb, Hey­dər Əli­yev Fon­du­nun dəs­tə­yi ilə Ba­kı Me­dia Mər­kə­zi tə­rə­fin­dən len­tə alın­mış "Son ic­las" bə­dii-sə­nəd­li film haq­qın­da mə­lu­mat ve­rib. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin son gün­lə­ri­nə işıq sa­lan və mil­li hö­ku­mə­tin ye­kun qə­ra­rı han­sı çə­tin şə­ra­it­də qə­bul et­di­yi­ni əks et­di­rən "Son ic­las" fil­mi təd­bir­də nü­ma­yiş olu­nub. Film iş­ti­rak­çı­lar tə­rə­fin­dən xü­su­si ma­raq­la qar­şı­la­nıb.

Təd­bi­rə də­vət olun­muş azər­bay­can­lı sə­nət adam­la­rı­nın ifa­sın­da xalq və bəs­tə­kar mah­nı­la­rı səs­lən­di­ri­lib. Azər­bay­can və Av­ro­pa mət­bə­xi­nin nü­mu­nə­lə­ri təd­bir iş­ti­rak­çı-la­rı­na təq­dim edi­lib. Mil­li rəqs qrup­la­rı­nın ifa­sın­da müx­tə­lif Azər­bay­can rəqs­lə­ri nü­ma­yiş olu­nub.

Di­as­por təş­ki­lat­la­rı­mı­zın 31 De­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü mü­na­si­bə­ti­lə təd­bir­lə­ri da­vam edir.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND