• 25 °C Bakı
  • 20 °C Quba
  • 20 °C Gəncə
  • 18 °C Yevlax
  • 19 °C Naxçıvan

Havanın temperaturu 8 dərəcəyədək aşağı enəcək

15.03.2019 17:47
102
Havanın temperaturu 8 dərəcəyədək aşağı enəcək

Martın 17-si axşamdan 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.


Ekspress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq, martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.


Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND