Qar­lı-buz­lu qı­şa ha­zır­lıq

03.12.2018 19:19
94
Qar­lı-buz­lu qı­şa ha­zır­lıq

De­yə­sən, proq­noz­lar özü­nü doğ­rul­da­caq. Qı­şın ilk ayı­nın ilk gün­lə­ri­nin ha­va­sı bu fəs­lin sərt ke­çə­cə­yin­dən xə­bər ve­rir. Rəs­mi­lər adə­ti üz­rə "qı­şa ha­zı­rıq" söy­lə­yir­lər. Gö­rə­sən, bu də­fə də de­yi­lən söz­lər adə­ti üz­rə elə söz ola­raq qal­ma­ya­caq ki?!.

 

Hər ya­ğış-qar ya­ğan­da pay­tax­tın qa­ra gün­lə­ri baş­la­yır. Hər il pa­yız fəs­li baş­la­yan­da jur­na­list­lər rəs­mi­lər­dən "qı­şa ha­zı­rıq­mı" sua­lı­na ca­vab alır­lar. Biz­lər də ağız­do­lu­su ve­ri­lən "hə" ca­va­bı­na o qə­dər ina­nı­rıq ki... Am­ma yer bir ba­la­ca is­la­nan­da, ya­xud qar ya­ğıb ağa­ran­da bəl­li olur ki, de­yi­lən söz­lər, ve­ri­lən vəd­lər Ba­kı kü­lə­yi ki­mi bir şey­miş, əs­di keç­di.


Qış qa­pı­nı kəs­di­rib. De­kab­rın ilk gün­lə­ri­nin ha­va­sı bu­il­ki qı­şın sərt ke­çə­cə­yin­dən xə­bər ve­rir. Am­ma rəs­mi­lər ca­maa­tı ar­xa­yın sa­lır ki, qar­lı-buz­lu qış­da heç bir prob­lem ya­şan­ma­ya­caq. Mə­sə­lən, Ba­kı­nın yol­la­rın­da eniş­li-yo­xuş­lu və sərt dön­gə­lə­rə ma­lik 30 marş­rut üz­rə qar­dan-buz­dan tə­miz­lən­mə­si üçün təd­bir­lər plan­la­rı təs­diq edi­lib. Azər­bay­can Av­to­mo­bil Yol­la­rı Döv­lət Agent­li­yi­nin 2018-ci il 14 sen­tyabr ta­rix­li əm­riy­lə 2018-2019-cu il­lə­rin pa­yız-qış möv­sü­mü­nə ha­zır­lıq, pa­yız-qış möv­sü­mün­də av­to­mo­bil yol­la­rı­nın və yol qur­ğu­la­rı­nın nor­mal is­tis­ma­rı­nı, hə­rə­kə­tin fa­si­lə­siz­li­yi­ni və təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək məq­sə­di­lə Azər­bay­can Av­to­mo­bil Yol­la­rı Döv­lət Agent­li­yi­nin mər­kə­zi apa­ra­tın­da və res­pu­bi­ka­nın av­to­mo­bil yol­la­rı­na, həm­çi­nin Ba­kı şə­hər yol­la­rı­na və yol qur­ğu­la­rı­na xid­mət edən ida­rə və mü­əs­si­sə­lər­də qə­rar­gah ya­ra­dı­lıb və sut­ka­lıq növ­bət­çi­lik təş­kil edi­lib.


Bu­il­ki qış möv­sü­mün­də Ba­kı­da 257 ma­şın-me­xa­nizm­lər (21 av­toq­rey­der, 34 av­to­yük­lə­yi­ci, 131 yü­kü­nü özü­bo­şal­dan, 16 qum sə­pən, 6 qar yük­lə­yən, 19 eks­ka­va­tor, 22 yol sü­pü­rən, 14 su ma­şı­nı) qış möv­sü­mün­də iş­lə­mə­si üçün saz və­ziy­yə­tə gə­ti­ri­lib, ya­na­caq-sürt­gü ma­te­ri­al­la­rı eh­ti­ya­tı ya­ra­dı­lıb, sü­rüş­mə­yə qar­şı zən­cir­lər alı­nıb. Res­pub­li­ka­nın av­to­mo­bil yol­la­rı­na xid­mət gös­tə­ril­mə­si üçün də 700-ə ma­şın-me­xa­nizm ha­zır və­ziy­yə­tə gə­ti­ri­lib.


Bu ha­mı­sı de­yil. Möv­süm­də tə­ləb olu­nan miq­dar­da qum və tex­ni­ki duz eh­ti­ya­tı­nın top­lan­ma­sı iş­lə­ri apa­rı­lıb. Ma­il­li­yi bö­yük olan sa­hə­lə­rə və sərt dön­gə­lə­rə sə­pil­mə­si üçün nə­zər­də tu­tul­muş qum və duz qa­rı­şı­ğın­dan iba­rət eh­ti­yat­lar yı­ğı­lıb. Tək­cə Ba­kı yol­la­rın­da buz­la mü­ba­ri­zə məq­sə­di­lə 1890 ton duz eh­ti­ya­tı ya­ra­dı­lıb, bu iş­lə­rə ümu­mi­lik­də 1100 nə­fər iş­çi cəlb edil­mə­si nə­zər­də tu­tu­lub.


Qış möv­sü­mün­də yol­lar­da iş­lə­yən iş­çi­lə­rin is­ti pal­tar, ayaq­qa­bı və di­gər zə­ru­ri əş­ya­lar­la tə­min edil­mə­si və qı­zın­ma mən­tə­qə­lə­ri­nin ya­ra­dıl­ma­sı təş­kil edi­lib.


Gə­li­şi gö­zəl vəd­lər­dir. Kaş ki, ye­ri­nə ye­ti­ril­mək vax­tın­da da gö­zəl­li­yi it­mə­yə. Kaş ki, de­yi­lən söz­lər örən­cək­li ol­du­ğu­muz ki­mi, elə söz ola­raq da qal­ma­ya...