Soy­daş­la­rı­mı­zın hü­qu­qi sta­tu­su:

 Di­as­por Ko­mi­tə­si cid­di ad­dım­lar atır

01.10.2018 19:17
581
Soy­daş­la­rı­mı­zın hü­qu­qi sta­tu­su: Di­as­por Ko­mi­tə­si cid­di ad­dım­lar atır

Qey­ri-rəs­mi mə­lu­mat­la­ra əsa­sən, öl­kə­mi­zin hü­dud­la­rın­dan kə­nar­da 3 mil­yo­na ya­xın Azər­bay­can və­tən­da­şı ya­şa­yır. On­la­rın 1 mil­yon­dan ço­xu Azər­bay­can və­tən­da­şı ol­maq­la bə­ra­bər, həm də baş­qa öl­kə­lə­rin - Gür­cüs­tan, Ru­si­ya, Uk­ray­na, Tür­ki­yə, ABŞ, Qa­za­xıs­tan və s. öl­kə­lər­dən bi­ri­nin və ya ey­ni za­man­da üç və ya da­ha çox öl­kə­nin və­tən­daş­lı­ğı­nı alıb. Ümu­mi say­dan 1,5 mil­yon­dan çox və­tən­da­şı­mı­zın isə xa­ric­də dai­mi ya­şa­maq sta­tu­su al­dı­ğı bil­di­ri­lir.


Bun­dan baş­qa, xa­ri­cə mü­vəq­qə­ti əsas­lar­la - təh­sil, müa­li­cə və qaç­qın sta­tu­su al­maq üçün ge­dən­lər də az de­yil. Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin xa­ric­də qey­diy­yat­da olan öl­kə və­tən­daş­la­rı haq­qın­da il­lik he­sa­bat­la­rın­dan və müx­tə­lif vaxt­lar­da seç­ki­lə­rin nə­ti­cə­lə­ri ilə bağ­lı xa­ric­də səs ve­rən və­tən­daş­la­rın sa­yı­nı gös­tə­rən he­sa­bat­la­rın­dan mə­lum olur ki, əs­lin­də xa­ric­də ya­şa­yan­la­rın 5-10 fai­zə qə­də­ri qa­nu­nun tə­ləb­lə­ri­nə uy­ğun ola­raq hə­min öl­kə­lər­də kon­sul­luq qey­diy­ya­tı­na alın­maq­la, bö­yük ək­sə­riy­yə­ti kon­sul­luq qey­diy­ya­tı­na alın­ma­dan ya­şa­yan şəxs­lər­dir ("mo­dern.az"). Bu gün on­la­rın ən bö­yük prob­le­mi məzh qey­diy­yat­sız və şəx­siy­yət və­si­qə­lə­ri­nin ol­ma­ma­sı­dır. Bu mə­sə­lə da­im döv­lə­ti­mi­zin diq­qət mər­kə­zin­də­dir. Ay­rı-ay­rı döv­lət qu­rum­la­rı, xü­su­si­lə də Da­xi­li İş­lər Na­zir­li­yi, Xa­ri­ci İş­lər Na­zir­li­yi tə­rə­fin­dən xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın bu cür prob­lem­lə­ri­nin həl­li­nə yö­nə­lik ad­dım­lar atıl­sa da, bə­zən in­san­la­rın öz səh­lən­kar­lı­ğı üzün­dən hə­lə də na­ra­hat­lıq­lar ya­şan­maq­da­dır.


Xa­ric­də­ki soy­daş­la­rı­mı­zın prob­lem­lə­ri­nin həl­li ilə bağ­lı döv­lət sə­viy­yə­sin­də müx­tə­lif iş­lər gö­rü­lür. Hə­lə bir müd­dət əv­vəl Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Yev­lax­da ke­çi­ri­lən res­pub­li­ka mü­şa­vi­rə­sin­də də xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın prob­lem­lə­ri­nin həl­li üçün bö­yük iş­lər gö­rül­dü­yü­nü bil­dir­miş­di: "Azər­bay­can na­dir öl­kə­lər­dən­dir ki, ar­tıq biz­də ənə­nə­vi ola­raq xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın qu­rul­ta­yı ke­çi­ri­lir. Biz on­la­ra həm si­ya­si dəs­tək gös­tə­ri­rik, ey­ni za­man­da, on­lar üçün biz­nes im­kan­la­rı ya­ra­dı­rıq. On­lar da bu iş­lər­də fə­al iş­ti­rak et­mə­li­dir­lər. Bil­di­yi­mə gö­rə, on­lar bi­zim ye­ni tə­şəb­büs­lə­ri­mi­zə fə­al qo­şu­lur­lar".


Ümu­miy­yət­lə, xa­ric­də­ki soy­daş­la­rı­mız han­sı prob­lem­lər­lə üz­lə­şir­lər? Bu prob­lem­lə­rin həl­li üçün han­sı ad­dım­lar atı­lır? Di­as­por­la İş Üz­rə Döv­lət Ko­mi­tə­sin­dən bil­di­ri­lir ki, prob­lem­lər müx­tə­lif ola bi­lir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın əsas prob­lem­lə­ri on­la­rın hü­quq və azad­lıq­la­rı, get­dik­lə­ri öl­kə­lər­də ya­şa­maq və iş­lə­mək hü­qu­qu­nun ve­ril­mə­si ilə bağ­lı olur. Be­lə prob­lem­lər­lə qar­şı­la­şan soy­daş­la­rı­mız hə­min öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­na mü­ra­ci­ət edə­rək hü­qu­qi yar­dım alır, on­la­ra mü­əy­yən is­ti­qamt­lər ve­ri­lir. "Bir çox hal­lar­da nü­fuz­lu di­as­por rəh­bər­lə­ri öz şəx­si əla­qə­lə­rin­dən is­ti­fa­də edə­rək həm­və­tən­lə­ri­mi­zin üz­ləş­di­yi çə­tin­lik­lə­ri ara­dan qal­dır­ma­ğa kö­mək edir".


Bə­zən isə prob­lem­lər­lə bağ­lı di­as­por təş­ki­lat­la­rı­na gec bil­dir­di­yi­nə gö­rə, soy­daş­la­rı­mı­za yar­dım et­mək im­ka­nı ol­mur, çün­ki ar­tıq hə­min öl­kə­lə­ri­nin qa­nun­ve­ri­ci­li­yi­nə uy­ğun ola­raq bu şəxs­lər haq­qın­da mü­əy­yən təd­bi­lər gö­rül­müş olur.


Ye­ri gəl­miş­kən, ar­tıq mə­sə­lə­nin həl­li ilə bağ­lı Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si mü­əy­yən gö­rüş­lə­rə baş­la­yıb. İlk ola­raq qar­daş Tür­ki­yə­də iş­lə­rə start ve­ri­lib.


Ko­mi­tə­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, 1990-cı il­lər­də Tür­ki­yə Res­pub­li­ka­sı­na köç­müş və ora­da qey­ri-qa­nu­ni şə­kil­də məs­kun­laş­mış yüz­lər­lə azər­bay­can­lı var. Soy­daş­la­rı­mı­zın Tür­ki­yə əra­zi­sin­də qey­diy­ya­ta alın­ma­sı, hü­qu­qi sta­tus­la­rı­nın­mü­əy­yən­ləş­di­ril­mə­si və so­si­al mü­da­fiə­si­nin tə­min edil­mə­si is­ti­qa­mə­tin­də mü­va­fiq döv­lət qu­rum­la­rı tə­rə­fin­dən mü­əy­yən iş­lər gö­rül­mək­də­dir. Bu iş­lə­rin da­va­mı ki­mi, qeyd edi­lən in­san­la­rın Azər­bay­can Res­pub­li­ka­sı­na mən­sub­lu­ğu­nun ay­dın­laş­dı­rıl­ma­sı və şəx­siy­yə­ti təs­diq edən sə­nəd­lər­lə (şəx­siy­yət və­si­qə­si və ümum­və­tən­daş pas­por­tu) tə­min edil­mə­si məq­sə­di­lə mü­va­fiq iş­çi qru­pu ya­ra­dı­lıb və si­ya­hı­ya­al­ma ilə bağ­lı ha­zır­lıq iş­lə­ri­nə baş­la­nı­lıb. Prob­lem­lə­rin ye­rin­də araş­dı­rıl­ma­sı və həl­li ilə bağ­lı ötən ayın so­nun­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin əmək­daş­la­rı Kə­nan Məm­mə­dov və İs­ma­yıl Ən­sər­li, öl­kə­mi­zin İs­tan­bul­da­kı Baş Kon­sul­lu­ğu ilə bir­gə, qey­ri-qa­nu­ni məs­kun­laş­mış soy­daş­la­rı­mız ilə bir sı­ra gö­rüş­lər ke­çi­rib­lər.


İs­tan­bul şə­hə­ri­nin Qa­zi Os­man­pa­şa ra­yo­nu­nun 500 ev­lər, Ra­mi, Ey­yubs­sul­tan, Bağ­lar­ba­şı, Yıl­dız­tab­ya, Bar­ba­ros, Hay­red­din­pa­şa, Hür­riy­yət, Fev­zi Çak­mak mə­həl­lə­lə­ri, Bay­ram­pa­şa ra­yo­nu­nun Yıl­dı­rım, Al­tın­te­pe, Or­ta mə­həl­lə, Kar­tal­te­pe, Va­tan mə­həl­lə­lə­ri, ət­raf böl­gə­lər, həm­çi­nin, Kü­çük­çek­me­ce ra­yo­nu­nun Hal­ka­lı Mər­kəz mə­həl­lə­lə­rin­də soy­daş­la­rı­mız­la gö­rüş­lər ke­çi­ri­lib, maa­rif­lən­di­ri­ci söh­bət­lər apa­rı­lıb.


İs­tan­bul­da­kı Baş Kon­sul­lu­ğun əmək­da­şı Xəy­yam Daş­də­mi­rov gö­rüş­lər za­ma­nı prob­le­min ak­tu­al­lı­ğı­na və və­tən­daş­la­rı­mı­zın mə­na­fe­yi­nin qo­run­ma­sı ba­xı­mın­dan əhə­miy­yə­ti­nə to­xu­na­raq bil­di­rib ki, bu il ap­re­lin 18-də An­ka­ra şə­hə­rin­də Azər­bay­can və Tür­ki­yə Xa­ri­ci İş­lər na­zir­lik­lə­ri ara­sın­da ke­çi­ril­miş IX kon­sul­luq məs­lə­hət­ləş­mə­lə­ri za­ma­nı da bu is­ti­qa­mət­də mü­za­ki­rə­lər apa­rı­lıb. Mü­za­ki­rə­lər za­ma­nı, mə­sə­lə­nin mər­hə­lə­li həl­li və Azər­bay­can tə­rə­fi­nin təq­dim edə­cə­yi mə­lu­mat­lar əsa­sın­da hə­min şəxs­lə­rə Tür­ki­yə tə­rə­fin­dən zə­ru­ri dəs­tə­yin gös­tə­ril­mə­sii­lə bağ­lı ra­zı­lıq əl­də edil­di­yi­ni bil­di­rib. Qey­ri-qa­nu­ni ya­şa­yan azər­bay­can­lı­la­rın üz­ləş­di­yi bir çox prob­lem­lə­rə to­xu­nan kon­sul­luq əmək­da­şı, hə­min şəxs­lə­rin də­qiq si­ya­hı­sı­nın əl­də olun­ma­sı­nın pro­se­sin ilk və ən va­cib mər­hə­lə­si ol­du­ğu­nu vur­ğu­la­yıb.


Son­ra kon­sul­luq xid­mət­lə­ri ilə bağ­lı gö­rüş iş­ti­rak­çı­la­rı­nı ma­raq­lan­dı­ran, sul­lar ca­vab­lan­dı­rı­lıb.

Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si­nin əmək­da­şı Kə­nan Məm­mə­dov gö­rü­lən iş­lər­lə bağ­lı mə­lu­mat ve­rə­rək qey­ri-qa­nu­ni məs­kun­laş­mış soy­daş­la­rı­mı­zın əha­tə dai­rə­si­nin mü­əy­yən­ləş­di­ril­mə­si, şəx­siy­yə­ti təs­diq edən sə­nəd­lər­lə tə­min olun­ma­sı və bu­nun üçün hə­min şəxs­lə­rin an­ket mə­lu­mat­la­rı­nın əl­də edil­mə­si məq­sə­di­lə ya­ra­dıl­mış əla­qə va­si­tə­lə­ri­ni təq­dim edib. Da­ha son­ra, iş­çi qrup tə­rə­fin­dən ha­zır­lan­mış an­ket­lər gö­rüş iş­ti­rak­çı­la­rı­na pay­la­na­raq, on­la­rın mü­va­fiq an­ket mə­lu­mat­la­rı top­la­nıb.


Sə­fər çər­çi­və­sin­də Zəh­ra Ana Yar­dım­laş­ma və Kül­tür Dər­nə­yi­nin nəz­din­də­ki Azər­bay­can mək­tə­bin­də, Azər­bay­can Təh­sil, Mə­də­niy­yət və So­si­al Həm­rəy­lik Dər­nə­yi­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən Hü­seyn Ca­vid adı­na Azər­bay­can mək­tə­bin­də şa­gird-mü­əl­lim kol­lek­ti­vi ilə gö­rüş­lər ke­çi­ri­lib.

Təd­ris ili­nin baş­lan­ma­sı mü­na­si­bə­ti­lə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin adın­dan mək­təb­li­lə­rə mək­təb lə­va­zi­mat­la­rı hə­diy­yə edi­lib.


Di­as­por Ko­mi­tə­si­nin bu is­ti­qa­mət­də at­dı­ğı ad­dım­lar müs­bət qar­şı­la­nır. De­pu­tat Fa­zil Mus­ta­fa bil­di­rir ki, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar bi­zim doğ­ma­la­rı­mız­dır. "Döv­lət Ko­mi­tə­si­nin at­dı­ğı ad­dım on­la­rın şəx­siy­yət və­si­qə­lə­ri­lə bağ­lı prob­lem­lə­ri­nin çö­zül­mə­si və Azər­bay­can döv­lə­ti­lə əla­qə­lə­ri­nin bər­pa olun­ma­sı­dır. Fik­rim­cə, atı­lan ad­dım baş­qa qüv­və­lə­rin bu po­ten­si­al­dan is­ti­fa­də­si­nin qar­şı­sı­nın alın­ma­sın­da müs­bət rol oya­na­ya­caq və on­la­rı dəs­tək­lə­mək la­zım­dır. Çün­ki xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın ən bö­yük prob­lem­lə­rin­dən bi­ri də məhz pas­port­lar­la bağ­lı­dır. İn­san ami­li, onun prob­lem­lə­ri var­sa, müt­ləq şə­kil­də çöz­mək la­zım­dır. Ma­neə­lər, hü­qu­qi ən­gəl­lər ola bi­lər. Ona gö­rə də la­zım gə­lər­sə, qa­nun­ve­ri­ci­lik­də də də­yi­şik­lik­lər edil­mə­li­dir" de­yən de­pu­tat "mo­dern.az"a bu ide­ya­nı və konk­ret atı­lan ad­dı­mı dəs­tək­lə­di­yi­ni bil­di­rib.


De­pu­tat Ta­hir Mir­ki­şi­li mə­sə­lə­nin həl­li­lə bağ­lı araş­dır­ma­lar apa­rıl­dı­ğı­nı bil­di­rib. Onun söz­lə­ri­nə gö­rə, xa­ric­də ya­şa­yan Azər­bay­can və­tən­daş­la­rı üçün be­lə bir im­ka­nın ya­ra­dıl­ma­sı, on­la­ra bö­yük dəs­tək ola­caq. "Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si­nin bun­la­rı ger­çək­ləş­dir­mə­si prob­le­min həl­li is­ti­qa­mə­tin­də çox müs­bət ad­dım­dır".


De­pu­tat Ta­hir Kə­rim­li son vaxt­lar Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si­nin fəa­liy­yə­ti­nin ak­tiv­ləş­di­yi qə­naə­tin­də ol­du­ğu­nu de­yib. Onun bil­dir­di­yi­nə gö­rə, Ko­mi­tə xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın müx­tə­lif prob­lem­lə­ri­lə bağ­lı cid­di iş­lər gör­mə­yə tə­şəb­büs edir və mü­va­fiq ad­dım­lar atır. "Çox se­vin­di­ri­ci­dir ki, bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar­dan il­ki də qar­daş Tür­ki­yə­də re­al­laş­maq­da­dır. Fu­ad Mu­ra­dov özü hü­qu­qi qay­da­la­rı çox gö­zəl bi­lir. Ya­ran­mış ne­qa­tiv­lə­rin ara­dan qal­dı­rıl­ma­sın­da onun müs­bət töh­fə ve­rə­cə­yi­nə ina­nı­ram. Mə­sə­lə bu­ra­sın­da­dır ki, xa­ric­də­ki azər­bay­can­lı­lar əc­nə­bi və və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər sta­tu­sun­da­dır­lar, ya­xud sə­nəd­siz­dir­lər. Bu isə on­la­ra əla­və prob­lem­lər və gə­gin­lik­lər ya­ra­dır, hət­ta ya­şa­dıq­la­rı öl­kə­lər­dən de­por­ta­si­ya olun­ma­la­rı­na qə­dər ge­dib çı­xır".


T.Kə­rim­li he­sab edir ki, Da­xi­li İş­lər Na­zir­li­yi­nin Baş pas­port, qey­diy­yat və miq­ra­si­ya ida­rə­si, Xa­ri­ci İş­lər Na­zir­li­yi, Miq­ra­si­ya Xid­mə­ti­lə komp­leks təd­bir­lər hə­ya­ta ke­çir­mək la­zım­dır ki, gö­rü­lən iş­lər da­ha ef­fek­tiv ol­sun. "Mə­sə­lə­lə­rə həm öl­kə için­dən, həm də xa­ric­dən dəs­tək ve­ril­mə­li­dir. He­sab edi­rəm ki, Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si soy­daş­la­rı­mı­zın çox­luq təş­kil et­di­yi öl­kə­lə­rin sə­fir­lik­lə­ri­lə də əla­qə­lə­ri ge­niş­lən­dir­mə­li­dir. Sə­fir­lik­lə­rin xü­su­si xid­mə­ti araş­dır­ma apar­ma­lı, be­lə və­tən­daş­la­rı mü­əy­yən et­mə­li­dir. Bə­zən han­sı­sa öl­kə­də baş ve­rən təy­ya­rə qə­za­sın­da ölən­lər olur. Biz on­la­rın ara­sın­da həm­və­tə­ni­miz olub-ol­ma­dı­ğı­nı mü­əy­yən et­mək­də çə­tin­lik­lər­lə qar­şı­la­şı­rıq. Ona gö­rə də prob­lem­lə­rin həl­li üçün qey­diy­yat və pas­port mə­sə­lə­si ön­cə­lik təş­kil edir".

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND