Sabunçuda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

16.06.2019 10:36
119
Sabunçuda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

Bakının Sabunçu rayonunda 1 gün ərzində 10 nəfəri it dişləyib.


İt dişləməsi nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


İyun ayının 15-də 10 nəfər eyni vəziyyətlə bağlı xəstəxanaya müraciət edib. Ümumilikdə 10 nəfərdən 4-ü uşaqdır (APA).


İt dişləməsi nəticəsində xəsarət alan şəxslərə xəstəxanada yardım göstərilib.


Ekspress.az