Əflatun Amaşov: "Biz Azərbaycan mətbuatının patriarxını itirmişik"

25.06.2019 11:37
147
Əflatun Amaşov: "Biz Azərbaycan mətbuatının patriarxını itirmişik"

"Biz Azərbaycan mətbuatının patriarxını itirmişik. Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.


Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib (APA). O bildirib ki, Ş.Hüseynov bütün yaradıcılığı boyu nəsillər üçün nümunə idi:


”Onun üçün öncə millət, dövlət və vətən idi. Şirməmməd Hüseynov elə bir məktəb yaradıb ki, o məktəbin işığı uzun illər, daim Azərbaycanı işıqlandıracaq. Allah ona rəhmət eləsin və qəbri nurla dolsun”.


Ekspress.az