Prezident İsmayıl Berdiyevə "Dostluq" ordeni verdi

28.02.2019 11:46
262
Prezident İsmayıl Berdiyevə "Dostluq" ordeni verdi

Prezident İlham Əliyev İ.A.Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Ekspress.az-ın məlumatına görə Sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif edilsin".


Qeyd edək ki, İsmayıl Berdiyev Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədridir. O, Qaraçay-Çərkəzin müftisidir. Berdiyevin 65 yaşı tamam olur.

Açar sözlər: