Azərbaycanın ən yaşlı və ən gənc naziri kimdir? - SİYAHI


15.07.2019 14:14
404
Azərbaycanın ən yaşlı və ən gənc naziri kimdir? - SİYAHI

Azərbaycanda ən yaşlı nazir Səhiyyə nazirli Oqtay Şirəliyev hesab olunur. Təxminən bir aydan sonra - avqust ayının 12-də Səhiyyə nazirinin 69 yaşı tamam olacaq.


Səhiyyə nazirli Oktay Şirəliyev həm də penciya yaşı tamam olan yeganə nazir hesab olunur. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə görə, iyul ayının 1-dən etibarən kişilərin pensiya yaşı 64 il 6 ay müəyyən olunub.


İyun ayının 1-də 64 yaşı tamam olan Ədliyyə naziri Fikrət Məmmədovun isə pensiyaya çıxa bilməsi üçün hələ 6 ay vaxtı var.


Nazirlər arasına ən gənci isə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Nazir Sahil Babayev 39 yaş var.


Nazirlərin yaşını təqdim edirik:


- Səhiyyə nazirli Oqtay Şirəliyev - 69 yaş

- Ədliyyə naziri Fikrət Məmmədov - 64 yaş

- Mədəniyyət naziri Əbülfəs Qarayev - 63 yaş

- Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev - 61 yaş

- Müdafiə naziri general-polkovnik Zakir Həsənov - 60 yaş

- Xarici işlər naziri Elmar Məmmədyarov - 59 yaş

- Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov - 58 yaş

- Maliyyə naziri Samir Şərifov - 58 yaş

- Gənclər və idman naziri Azad Rəhimov - 55 yaş

- İqtisadiyyat naziri Şahin Mustafayev - 54 yaş

- Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev - 52 yaş

- Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - 51 yaş

- Energetika naziri Pərviz Şahbazov - 50 yaş

- Təhsil naziri Ceyhun Bayramov - 46 yaş

- Vergilər naziri Mikayıl Cabbarov - 43 yaş

- Kənd təsərrüfatı naziri İnam Kərimov - 42 yaş

- Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə - 42 yaş

- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - 39 yaş (Yeniavaz.com)


Ekspress.az

Açar sözlər: