Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama


18.06.2019 14:22
821
Bulvarda yeni attraksionlar quraşdırılacaq - Açıqlama

"Bulvarda yeni attraksionlar quraşdırılacaq”.


Ekspress.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat katibi Günay Yelmarqızı məlumat verib. 


Onun sözlərinə görə, məsələ hazırlıq mərhələsindədir: "Yeni attraksionların gətirilməsilə bağlı iş aparılır” (bakupost).


Mətbuat katibi 2019-ci ildə Dənizkənarı Milli Parkda bir sıra yeniliklərin həyata keçirildiyini deyib: "Bulvarın ərazisində mövsümi çiçəklər və kollardan ibarət yeni kompozisiyalar yaradılıb. 60-cı illərin əfsanəsi sayılan "Mirvari” kafesində təmir-bərpa işlərinə start verilib. Yaxın zamanlarda kafe sakinlərin ixtiyarına veriləcək”.


Ekspress.az