OPEC hasilatı azaltmağı təklif edir

01.12.2018 11:50
39
OPEC hasilatı azaltmağı təklif edir

OPEC Katibliyi üzv ölkələrə gələn il neft hasilatını 2018-ci ilin oktyabrı ilə müqayisədə sutkada 1,3 milyon barel azaltmağı tövsiyə edib.

 

Ekspress.az Marja.az-a istinadən xəbər verir ki, bunu cümə günü təşkilatdakı mənbələrə istinadən "Bloomberg" yazıb.

 

Məlumata görə, OPEC-də hesab edirlər ki, bu, tələbat və təklif arasında balans yaratmaq üçün lazımdır. Neft istehsalının azaldılmasına əsas səbəb zəif tələbat və ABŞ-da şist neft hasilatının intensiv artımıdır. Lakin nazirlər Katibliyin tövsiyələrinə heç də həmişə dəqiqliyi ilə əməl etmirlər.

 

OPEC oktyabrda sutkada 32,9 mln. barel neft hasil edib ki, bu da yanvar ayı ilə müqayisədə 0,6 mln. barel çoxdur. Artım əsasən Səudiyyə Ərəbistanına görə baş verib.

 

Tövsiyə dekabrın 5-də Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinə təqdim ediləcək. Komitə tövsiyəni alyansın digər üzvlərinə təqdim etməlidir: OPEC ölkələri dekabrın 6-da, OPEC-ə üzv olmayan ölkələr isə 7 dekabrda qərar qəbul etməlidir.

 

Bundan əvvəl OPEC-in yeni tarazlayıcı saziş hazırladığı məlum olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND