Tramp II Elizabet ilə görüşə helikopterlə gəlib - VİDEO

03.06.2019 16:46
56
Tramp II Elizabet ilə görüşə helikopterlə gəlib - VİDEO


ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşüb.


Bu, D.Trampın Birləşmiş Krallığa ikigünlük rəsmi səfəri çərçivəsində ilk rəsmi qəbuldur.


ABŞ prezidenti Bukingem sarayına həyat yoldaşı ilə birgə helikopterlə gəlib. Qeyd olunur ki, nəqliyyatın bu növü təhlükəsizlik məqsədləriüçün seçilib.


Şahzadə Çarlz Trampı sarayın qərb terasına qədər müşayiət etdikdən sonra prezident gülərüzlə kraliçanı salamlayıb (report).


Prezident və xanımı Melanya Tramp kraliça ilə nahar yeməyində iştirak edəcək.





Ekspress.az

  • SON XƏBƏR
  • TREND