Çöldə asılan qurudulmuş əti götürmək istədi, pəncərədən yıxıldı

06.01.2019 21:57
98
Çöldə asılan qurudulmuş əti götürmək istədi, pəncərədən yıxıldı

Qax şəhərində 30 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.


Ekspress.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Axundov küçəsində baş verib. 

Ev 30 ünvanında yaşayan, 1988-ci il təvəllüdlü Türkən Sədi qız Orucova evin ikinci mərtəbəsinin pəncərəsindən çöldə asılan qurudulmuş əti götürmək istəyərkən yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Orucova yaxınlarının köməkliyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı T.Orucovaya bir-neçə bel fəqərəsinin sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Daha əvvəl Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND