Nazir Sevinc Abbasovanın yerinə onu təyin etdi


17.09.2019 13:44
117
Nazir Sevinc Abbasovanın yerinə onu təyin etdi

Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.


Ekspress.az apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.


A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.


Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Hazırda həmin iş üzrə məhkəmə keçirilir.


Ekspress.az