"Apple" gəlirini 20 faiz artırıb

02.11.2018 12:44
115
 "Apple" gəlirini 20 faiz artırıb

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti 2017-2018-ci maliyyə ilinin son rübündə (bu ilin III rübündə) 62,9 milyard ABŞ dolları məbləğində gəlir əldə edib ki. Bu, ötən ilin eyni dövrünə nisbətən 20% çoxdur. 

Ekspress.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

 

Məlumata görə, son 1 ildə "Apple"in xalis mənfəəti isə 32% artaraq 14,1 milyard dollara yüksəlib. Bu, şirkətin dövriyyədə olan hər səhminə 2,91 dollar mənfəət deməkdir. 


Bununla belə, "Apple"in satış həcmi gözləntiləri doğrultmayıb. Məsələn, şirkət ötən rüb ərzində cəmi 47 min ədəd "iPhone" sata bilib. "iPad"ın satış həcmi 6% azalaraq 9,7 milyon ədədə, "Mac" komputerlərinin satış həcmi isə 2% azalaraq 5,3 milyon ədədə düşüb. Bu rəqəmlərin açıqlanmasından sonra fond birjalarında "Apple"nin səhmləri təxminən 7% ucuzlaşıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND