Çempionlar Liqasında ilk: VAR tətbiq olundu

14.02.2019 15:27
226
Çempionlar Liqasında ilk: VAR tətbiq olundu

Futbol üzrə Çempionlar Liqası oyunlarında ilk dəfə Hakimlərə Kömək Sistemi (VAR) tətbiq olunub. Sistemdən “Ayaks” (Niderland) və “Real” (İspaniya) klubları arasında ilk 1/8 final matçında istifadə edilib.


Ekspress.az xəbər verir ki, sloveniyalı hakim Damir Skomina oyunun 38-ci dəqiqəsində (hesab 0:0 olduqda) “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonun “Real”ın qapısına vurduğu qoldan sonra VAR sisteminə müraciət edərək epizoda yenidən baxıb. Nəticədə oyundan kənar vəziyyət qeydə alınıb və qol hesaba alınmayıb. Matç 2:1 hesabı ilə “Real”ın qələbəsi ilə başa çatıb.


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi ötən ilin dekabrında keçirdiyi iclasda VAR sisteminin Çempionlar liqasının 1/8 finalında, Avropa Liqasının finalında (2020/21 mövsümünün qrup turniri) və Millətlər Liqasının 2021-ci ildə keçiriləcək finalında istifadə edilməsini təsdiq edib.


VAR sistemi 2017-ci il Konfederasiyalar Kubokunda və 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında tətbiq olunub, həmçinin İtaliya, Almaniya və İspaniya Çempionatlarında istifadə edilir.


Matçın gedişində hakim oyunu saxlaya və köməkçiləri ilə əlaqə saxlayaraq onların mübahisəli epizoda təkrar baxmalarını istəyə bilər, habelə baş hakim özü də həmin məqamın təkrarına baxa bilər.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND