Di­as­por və lob­bi­çi­lik qu­ru­cu­lu­ğu

06.08.2018 10:29
379
Di­as­por və lob­bi­çi­lik qu­ru­cu­lu­ğu

Öl­kə­mi­zin iq­ti­sa­di qüd­rə­ti­nin və bey­nəl­xalq are­na­da nü­fu­zu­nun art­ma­sı Azər­bay­can di­as­po­ru­nun güc­lən­mə­si üçün ge­niş im­kan­lar açır. Azər­bay­can güc­lü di­as­por təş­ki­lat­la­rı­na, on­la­rın mü­tə­şək­kil fə­al­liy­yə­ti­nə, sıx ko­or­di­na­si­ya­sı­na na­il ol­ma­ğa məh­kum­dur: bu­nu mil­li ma­raq­la­rı­mız tə­ləb edir.


Son il­lər Azər­bay­can döv­lə­ti di­as­por qu­ru­cu­lu­ğun­da önəm­li ad­dım­lar ata­raq təş­ki­lat­lan­ma mər­hə­lə­si­ni uğur­la keç­mə­yə na­il olub. 2001-ci il­də bu is­ti­qa­mət­də atı­lan mü­hüm ad­dım ki­mi Azər­bay­can­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ya­ra­dı­lıb. Ko­mi­tə dün­ya azər­bay­can­lı­la­rı­nın təş­ki­lat­lan­ma­sı, va­hid bir ide­ya ət­ra­fın­da bir­ləş­mə­si, on­la­rın öz ara­la­rın­da və Azər­bay­can döv­lə­ti ilə əla­qə­lə­ri­nin qu­rul­ma­sı is­ti­qa­mə­tin­də mü­hüm iş­lər gö­rüb.

Azər­bay­can Res­pub­li­ka­sı­nın di­as­por­dan göz­lən­ti­lə­ri soy­daş­la­rı­mı­zın yer­ləş­dik­lə­ri öl­kə­lər­də fəa­liy­yət­lə­ri­ni ge­niş­lən­dir­mə­si və güc­lən­dir­mə­si, mil­li mən­su­biy­yət­lə­ri­ni və də­yər­lə­ri­ni qo­ru­ma­sı, Azər­bay­ca­nı təb­liğ et­mə­lə­ri, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ba­rə­də hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də konk­ret iş­lər gör­mə­lə­ri, fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­nin Azər­bay­can­la əla­qə­lə­ri­nin in­ki­şa­fı­na töh­fə ver­mə­lə­ri, hə­min öl­kə­lə­rin ic­ti­mai-si­ya­si hə­ya­tın­da ak­tiv rol oy­na­ma­la­rı­dır.


Azər­bay­can di­as­po­ru ar­tıq təş­ki­lat­lan­ma mər­hə­lə­si­ni ar­xa­da qo­yub de­sək, ya­nıl­ma­rıq. Be­lə ki, in­di dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də sa­yı 400-ü ke­çən di­as­por təş­ki­lat­la­rı­nın key­fiy­yət ba­xı­mın­dan da­ha da güc­lən­mə­si­nə, da­ha mü­tə­şək­kil qüv­və­yə çev­ril­mə­si­nə eh­ti­yac var. On­la­rın mü­tə­şək­kil qüv­və­yə çev­ril­mə­si bir tə­rəf­dən soy­daş­la­rı­mı­zın mil­li mən­su­biy­yət­lə­ri­ni və də­yər­lə­ri­ni qo­ru­ma­sı de­mək­dir­sə, di­gər tə­rəf­dən Azər­bay­ca­nı da­ha güc­lü təb­liğ et­mə­lə­ri, fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­nin Azər­bay­can­la əla­qə­lə­ri­nin in­ki­şa­fı­na önəm­li töh­fə ver­mə­lə­ri, hə­min öl­kə­lə­rin ic­ti­mai-si­ya­si hə­ya­tın­da ak­tiv rol oy­na­ma­la­rı, Azər­bay­can üçün ye­ni-ye­ni dost­lar qa­zan­ma­la­rı - bir söz­lə, güc­lü Azər­bay­can lob­bi­si de­mək­dir. Di­as­por təş­ki­lat­la­rı­nın mü­tə­şək­kil fəa­liy­yə­ti öz növ­bə­sin­də dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nə töh­fə­dir.


Qlo­bal­la­şan dün­ya­da xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı ilk növ­bə­də on­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı ba­xım­dan önəm­li­dir. Tə­bii ki, müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun ola­raq qar­şı­da du­ran ən va­cib mə­sə­lə həm­tə­və­tən­lə­ri­mi­zin ta­ri­xi və­tən­lə əla­qə­lə­ri­ni güc­lən­dir­mək, Azər­bay­can di­li­ni, ta­ri­xi­ni və coğ­ra­fi­ya­sı­nı təd­ris et­mək, mə­də­ni ir­si­mi­zin təb­li­ği­ni və öl­kə hə­qi­qət­lə­ri­nin da­ha ge­niş müs­tə­vi­də dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı pro­se­si­ni sü­rət­lən­dir­mək­dir.


Bu gün soy­daş­la­rı­mı­zın Azər­bay­can na­mi­nə təş­ki­lat­lan­ma­sı yal­nız öl­kə­mi­zin mil­li ma­raq­la­rın tə­min olun­ma­sı ba­xım­dan de­yil, həm də müa­sir dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lə­rə in­teq­ra­si­ya ba­xım­dan da zə­ru­ri­dir.


Dün­ya Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (DAK) həm­səd­ri Sa­bir Rüs­təm­xan­lı da son il­lər Azər­bay­can di­as­po­ru­nun in­ki­şaf et­di­yi­ni de­yir. Bir fak­tı qeyd edən Rüs­təm­xan­lı 22 il əv­vəl baş ver­miş Xo­ca­lı fa­ciə­si­nin Azər­bay­can döv­lə­ti­nin və di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti nə­ti­cə­sin­də soy­qı­rım ha­di­sə­si ki­mi da­ha ge­niş ic­ti­mai­ləş­di­ril­di­yi­ni bil­di­rib. Bu­nun­la be­lə, onun söz­lə­ri­nə gö­rə, hə­lə də bu ha­di­sə­nin hə­qi­qət­lə­ri­ni bö­yük döv­lət­lə­rə və dün­ya­nın ta­le­yi­ni həll edən güc­lə­rə ye­tə­rin­cə çat­dı­ra bil­mə­mi­şik. "Nə qə­dər ağır fa­ciə­lər ya­şa­saq da, dün­ya bi­zə da­ha çox gü­nah­kar ki­mi ba­xıb. Bu fa­ciə­lə­rin, mü­ha­ri­bə­lə­rin, Azər­bay­ca­nın bö­lün­mə­si­nin təq­si­ri­ni hər za­man biz­də gör­mə­yə ça­lı­şıb­lar. Ba­şı­mı­za gə­ti­ri­lən­lə­ri dün­ya­ya çat­dır­maq üçün müx­tə­lif öl­kə­lə­rə sə­pə­lən­miş soy­daş­la­rı­mız çox iş gör­mə­li­dir­lər".


Be­ni­lüks Azər­bay­can­lı­lar Konq­re­si­nin (BAK) İc­ra Apa­ra­tı­nın rəh­bə­ri Si­ma Cə­fə­ro­va he­sab edir ki, bu gün Azər­bay­can dün­ya­ya mil­li-mə­nə­vi də­yər­lə­ri, zən­gin və in­tel­lek­tu­al po­ten­sia­lı, döv­lət­çi­lik ənə­nə­lə­ri ilə çıx­maq­da­dır. De­di­yi­nə gö­rə, bu ba­xım­dan xü­su­sən də Av­ro­pa öl­kə­lə­rin­də Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­nin bö­yük ro­lu var. Ni­der­land­da ya­şa­yan azər­bay­can­lı­la­rın da­ha ak­tiv, da­ha məq­səd­yön­lü fəa­liy­yət gös­tər­di­yi de­yən həm­söh­bə­ti­miz bu­na mi­sal ola­raq, 2002-ci il­də tə­sis olun­muş Azər­bay­can-Ni­der­land Cə­miy­yə­ti­nin son­ra­lar Be­ne­lüks öl­kə­lə­rin­də­ki ki­çik ic­ma və təş­ki­lat­la­rın Sa­hil Qa­sı­mo­vun tə­şəb­bü­sü və təş­ki­lat­çı­lı­ğı ilə bir­lə­şib BAK ki­mi işə baş­la­dı­ğı­nı gös­tə­rir. "Bu, Be­ni­lüks öl­kə­lə­rin­də Azər­bay­can di­as­po­ru­nun təş­ki­lat­lan­ma­sı yo­lun­da atı­lan ən uğur­lu ad­dım­dır. Ay­rı-ay­rı öl­kə­lər­də yal­nız dar çər­çi­və­də fəa­liy­yət gös­tə­rən cə­miy­yət­lə­ri, ic­ma­la­rı özün­də cəm­ləş­di­rə­rək re­al bir qüv­və­yə çe­vir­mək ey­ni za­man­da BAK-ın təş­ki­lat­lan­ma is­ti­qa­mə­tin­də gör­dü­yü işin tə­za­hü­rü­dür".

Bu gün er­mə­ni di­as­po­ru is­tər Av­ro­pa­da, is­tər­sə Ame­ri­ka öl­kə­lə­rin­də Azər­bay­ca­na qar­şı da­yan­ma­dan an­ti-təb­li­ğat xa­rak­ter­li təd­bir­lər hə­ya­ta ke­çi­rir. Di­as­por Ko­mi­tə­si­nin qar­şı­da du­ran mü­hüm və­zi­fə də ta­ri­xi hə­qi­qət­lə­ri müa­sir in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rın­dan ya­rar­la­na­raq da­ha ef­fek­tiv şə­kil­də dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq­dır. Dün­ya öl­kə­lə­ri­nin nü­fuz­lu si­ya­si dai­rə­lə­ri ilə əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si, yer­li KİV-lə bir­ba­şa əla­qə­lə­rin qu­rul­ma­sı, həm­çi­nin soy­daş­la­rı­mı­zın ya­şa­dıq­la­rı öl­kə­lə­rin döv­lət və hö­ku­mət or­qan­la­rın­da təm­sil olun­ma­la­rı ən va­cib mə­sə­lə­lər­dən­dir. Məhz di­as­po­ru­mu­zun fəa­liy­yə­ti­nin nə­ti­cə­si­dir ki, son il­lər ABŞ-ın Nyu-Mek­si­ko şta­tı, Ar­kan­zas şta­tı, Ok­la­ho­ma şta­tı, Ten­nen­si şta­tı, Pen­sil­va­ni­ya şta­tı və di­gər ştat­lar Xo­ca­lı soy­qı­rı­mı­nı rəs­mən ta­nı­yıb.


DAK səd­ri rəh­bər­lik et­di­yi qu­ru­mun di­as­por təş­ki­lat­la­rı ilə iş­bir­li­yi­ni va­cib sa­yır: "Di­as­por təş­ki­lat­la­rı öz ya­şa­dıq­la­rı öl­kə­lə­rin və­tən­daş­la­rı ola­raq o cə­miy­yə­tə da­ha çox in­teq­ra­si­ya ol­ma­lı, si­ya­si pro­ses­lər­də ya­xın­dan iş­ti­rak et­mə­li­dir­lər".


BAK-ın İc­ra Apa­ra­tı­nın rəh­bə­ri də he­sab edir ki, xa­ric­də fəa­liy­yət gös­tə­rən təş­ki­lat­la­rı bir­ləş­dir­mək, on­la­rın ta­ri­xi və­tən­lə əla­qə­si­ni tə­min et­mək, müs­tə­qil Azər­bay­can haq­qın­da hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da iş­ti­ra­kı üçün şə­ra­it ya­rat­maq, bu­nu re­al qüv­və­yə çe­vir­mək Azər­bay­can di­as­po­ru­nun ən üm­də və­zi­fə­si­dir. "Bu yön­də BAK ilk ad­dı­mı­nı atıb. Be­lə ki, Konq­res apa­rı­cı qüv­və ki­mi öz sö­zü­nü bö­yük tri­bu­na­lar­dan, rəs­mi dai­rə­lər­dən de­yib. Av­ro­pa­lı­la­rın diq­qə­ti­ni Azər­bay­can hə­qi­qət­lə­ri­nə, 1 mil­yon qaç­qı­nın acı ta­le­yi­nə, po­zul­muş hu­quq­la­rı­na cəlb edə bi­lib".


Lob­bi­çi­lik bir tak­ti­ka­dır. Hər han­sı mü­əy­yən et­nik, so­si­al və ya si­ya­si qru­pun ma­raq­la­rı­nın tə­min edil­mə­si və si­ya­si pro­ses­lər­də iş­ti­rak et­mək üçün nü­fuz­lu si­ya­si dai­rə­lə­rə, döv­lət və hö­ku­mət nü­ma­yən­də­lə­ri bir­ba­şa, ya­xud do­la­yı yol­la tə­sir et­mək­lə lob­bi­çi­lik­dən is­ti­fa­də edir.


"Di­as­po­ru­mu­zun əsas hə­dəf­lə­rin­dən bi­ri Azər­bay­ca­na lob­bi­çi­lik edən in­san­la­rı qa­zan­dır­maq, on­lar­la əmək­daş­lıq et­mək­dir" de­yən Sa­bir Rüs­təm­xan­lı da ar­tıq bu sa­hə­də mü­əy­yən uğur­la­rın ol­du­ğu­nu bil­di­rir. Onun fik­rin­cə, Azər­bay­ca­na lob­bi­çi­lik edən­lə­rin sa­yı art­dıq­ca, Azər­bay­can hə­qi­qət­lə­ri da­ha ay­dın eşi­di­lə­cək.


Si­ma Cə­fə­ro­va ar­tıq Ni­der­land­da lob­bi­çi­li­yə ke­çid üçün zə­min ya­ran­dı­ğı­nı de­yir ("eks­press.az"). Bü­töv­lük­də lob­bi­çi­lik məq­sə­də çat­maq üçün bir for­ma­dır ki, Konq­res bu yol­da dur­ma­dan irə­li­lə­yir. "Lob­bi sö­zü in­gi­lis di­lin­dən tər­cü­mə­də bir çox mə­na da­şı­yır. Ən sa­də­si dəh­liz, ves­ti­bül mə­na­la­rı­dır. Yə­ni, hər han­sı bir bi­na­ya da­xil olan­da söz­süz ki, dəh­liz­dən keç­mə­li­sən. Bu mə­na­da BAK ar­tıq bi­na­ya gi­rib, otaq­la­rın qa­pı­sı­nı aç­mıq üçün­sə bö­yük po­ten­sia­lı var.


Tə­bii ki, di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin təb­li­ğa­tı da bö­yük önəm da­şı­yır. Təb­li­ğat bö­yük me­xa­nizm­dir. Bəs di­as­po­run təb­li­ğin­də KİV-in ro­lu nə də­rə­cə­də­dir? Jur­na­list­lə­rin Həm­kar­lar İt­ti­fa­qı­nın səd­ri Müş­fiq Ələs­gər­li bil­di­rir ki, mil­li di­as­por təş­ki­lat­la­rı­nın for­ma­laş­dı­rıl­ma­sı, on­la­rın fəa­liy­yət­lə­ri­nin Azər­bay­ca­nın döv­lət ma­raq­la­rı­na uy­ğun­laş­dı­rıl­ma­sı ənə­nə­si ye­ni for­ma­laş­dı­rı­lır. "Bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, bu mə­sə­lə­də də KİV-in maa­rif­lən­di­ri­ci rol oy­na­ma­sı­na cid­di eh­ti­yac var. Dün­ya­nın uğur­lu di­as­por təş­ki­lat­la­rı­nın ta­ri­xi və müa­sir fəa­liy­yə­ti, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın möv­cud du­ru­mu, Azər­bay­can döv­lə­ti­nin və döv­lət baş­çı­sı­nın di­as­por qu­ru­cu­lu­ğu­na ver­di­yi önəm və s. ba­rə­də KİV-in apa­ra­ca­ğı maa­rif­lən­dir­mə işi soy­daş­la­rı­mız­da di­as­por qu­ru­cu­lu­ğu­nun ma­hiy­yə­ti ba­rə­də tə­səv­vür for­ma­laş­dır­maq­la ya­na­şı, bu pro­se­sin sü­rət­lən­mə­si­nə də əla­və sti­mul ver­miş olar".


Ju­Hİ səd­ri he­sab edir ki, Azər­bay­can me­dia­sı Pre­zi­dent İl­ham Əli­ye­vin di­as­por qu­ru­cu­lu­ğu­na xü­su­si qay­ğı gös­tər­mə­si­nə söy­kə­nə­rək bu mə­sə­lə­yə cid­di önəm ver­mə­li, di­as­por qu­ru­cu­lu­ğu­na töh­və ver­mə­yin mil­li mə­su­liy­yət mə­sə­lə­si ol­du­ğu­nu aşı­la­ma­ğı ba­car­ma­lı­dır­lar.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND