Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı

17.10.2019 09:00
98
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı

Azərbaycan cüdoçuları Mərakeşdə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə iki medal qazanıblar.


Ekspress.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Konstantin Simeonidis ilə qarşılaşan cüdoçumuz rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.


Digər cüdoçumuz İbrahim Əliyev (66 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə rumıniyalı Lusian Bors Dumitresku ilə üz-üzə gələn İ.Əliyev rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.


Dünya çempionatında Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Yarışda 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.


Qeyd edək ki, dünya çempionatı oktyabrın 19-dək davam edəcək. (unikal)


Ekspress.az