Türk­dil­li di­as­por­la­rın əmək­daş­lı­ğı güc­lə­nir

12.11.2018 18:58
452
Türk­dil­li di­as­por­la­rın əmək­daş­lı­ğı güc­lə­nir

An­ka­ra­da Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na (TDƏŞ) üzv döv­lət­lə­rin di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın və təş­ki­lat rəh­bər­lə­ri­nin 3-cü ic­la­sı ke­çi­ri­lib. İc­las­da öl­kə­mi­zi Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti təm­sil edib.


Di­asv­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, TDƏŞ Baş ka­ti­bi Bağ­dad Am­re­yev ic­la­sın gün­də­li­yin­də olan mə­sə­lə­lər ba­rə­də ümu­mi mə­lu­mat ve­rib. İc­las­da türk­dil­li di­as­por­la­rın ha­zır­kı və­ziy­yə­ti­nin və şu­ra­ya üzv döv­lət­lə­rin di­as­por qu­rum­la­rı ara­sın­da güc­lü ko­or­di­na­si­ya və əmək­daş­lıq im­kan­la­rı, Türk Şu­ra­sı­nın "Türk Şu­ra­sı Türk­dil­li Di­as­por­la­rın Bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı" və "2018-2019-cu il­lər üz­rə türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yət pla­nı"nın qə­bul edil­mə­si, Türk Şu­ra­sı­nın II Di­as­por Fo­ru­mu­nun ke­çi­ril­mə­si, Türk­dil­li Di­as­por­la­rın At­la­sı­nın ha­zır­lan­ma­sı, Türk Şu­ra­sı­nın di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın və təş­ki­lat rəh­bər­lə­ri­nin növ­bə­ti gö­rü­şü­nün vax­tı və ye­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si və di­gər mə­sə­lə­lər ət­ra­fın­da ge­niş mü­za­kir­lər apa­rı­lıb.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov Türk dün­ya­sı­nın bir­li­yi ide­ya­sı­nın yü­zil­lər­dən bə­ri möv­cud ol­sa da, yal­nız XX əsr­də bu ide­ya­nın re­al­laş­ma­sı is­ti­qa­mə­tin­də konk­ret ad­dım­la­rın atıl­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Bu mə­na­da türk dün­ya­sı­nın iki bö­yük li­de­ri­nin - Mus­ta­fa Ka­mal Ata­türk və Hey­dər Əli­ye­vin xid­mət­lə­ri­ni vur­ğu­la­ya­raq "Azər­bay­ca­nın se­vin­ci se­vin­ci­miz, kə­də­ri kə­də­ri­miz­dir" və "Biz bir mil­lət, iki döv­lə­tik" kə­lam­la­rı bu bö­yük şəx­siy­yət­lə­rin türk dün­ya­sı­nın bir­li­yi­nə nə qə­dər bö­yük önəm ver­di­yi­ni bil­di­rib.


"Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ola­raq hər ad­dım­da soy­daş­la­rı­mı­zın ya­nın­da güc­lü və müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ol­du­ğu­nu gös­tər­mə­yə ça­lı­şı­rıq" de­yən Döv­lət Ko­mi­tə­si­nin səd­ri qeyd edib ki, türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yə­ti da­ha uğur­lu və sə­mə­rə­li ola bi­lər. Onun söz­lə­ri­nə gö­rə, bir ne­çə də­fə Ba­kı­da, An­ka­ra­da TDƏŞ-ə üzv Döv­lət­lə­rin Di­as­por Mə­sə­lə­lə­ri­nə Ca­vab­deh Döv­lət Qu­rum­la­rı­nın Rəh­bər­lə­ri­nin Top­lan­tı­la­rı ke­çi­ri­lib, türk­dil­li döv­lət­lə­rin di­as­por­la­rı­nın bir­gə fəa­liy­yə­ti­nin ye­kun­la­rı və gə­lə­cək pers­pek­tiv­lə­ri ilə bağ­lı mü­za­ki­rə­lər apa­rı­lıb. Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv olan Tür­ki­yə, Azər­bay­can, Qa­za­xıs­tan və Qır­ğı­zıs­tan ara­sın­da "Türk­dil­li öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı­nın or­taq fəa­liy­yət stra­te­gi­ya­sı"nın qə­bul edil­di­yi­ni xa­tır­la­dan Mu­ra­dov Öz­bə­kis­ta­nın da Türk şu­ra­sı­na üzv ol­ma­sıy­la bu bir­li­yi da­ha da güc­lən­di­rə­cə­yi­ni qeyd edib.

Ko­mi­tə səd­ri Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv döv­lət­lə­rin di­as­por­la iş üz­rə na­zir­lik və qu­rum rəh­bər­lə­ri­nin 3-cü ic­la­sın­da im­za­la­na­caq "Türk Şu­ra­sı Türk­dil­li Di­as­por­la­rın Bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı" və "2018-2019-cu il­lər üz­rə türk­dil­li di­as­por­la­rın bir­gə fəa­liy­yət pla­nı"ın Türk dün­ya­sı­nın bir­li­yi­nə, qar­şı­lıq­lı əla­qə­lə­rin in­ki­şa­fı­na ye­ni məz­mun ve­rə­cə­yi­ni, di­as­por təş­ki­lat­la­rın bir­gə fəa­liy­yə­ti­nin əsas prin­sip və is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən edə­cə­yi­ni bil­di­rib.


Tür­ki­yə­nin Mə­də­niy­yət və Tu­rizm na­zi­ri Meh­met Nu­ri Er­soy, Qa­za­xıs­ta­nın So­si­al İn­ki­şaf na­zi­ri Dar­xan Ka­le­ta­yev, Tür­ki­yə Res­pub­li­ka­sı­nın Xa­ric­də Ya­şa­yan Türk­lər və Əq­ra­ba İc­ma­lar İda­rə­si­nin rəh­bə­ri Ab­dul­lah Eren və di­gər­lə­ri çı­xış edə­rək top­lan­tı­nın və bu­ra­da qə­bul edi­lə­cək qə­rar­la­rın əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb­lar.


Çı­xış­lar­dan son­ra türk­dil­li di­as­por­la­rın ha­zır­kı və­ziy­yə­ti və TDƏŞ-ə üzv döv­lət­lə­rin di­as­por qu­rum­la­rı ara­sın­da güc­lü ko­or­di­na­si­ya və əmək­daş­lıq im­kan­la­rı ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb. Türk Şu­ra­sı­nın II Di­as­por Fo­ru­mu­nun 2019-cu il­də Tür­ki­yə­nin ev sa­hib­li­yi ilə Tür­ki­yə­də, TDƏŞ-ə üzv döv­lət­lə­rin di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın və təş­ki­lat rəh­bər­lə­ri­nin 4-cü ic­la­sı­nın Qa­za­xıs­tan­da ke­çi­ril­mə­si ilə bağ­lı ra­zı­lıq əl­də edi­lib. Həm­çi­nin, qə­bul olun­muş sə­nəd­lər­də nə­zər­də tu­tu­lan təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə İş­çi qru­pun ya­ra­dıl­ma­sı, qru­pun ilk ic­la­sı­nın və Türk Şu­ra­sı nəz­din­də fəa­liy­yət gös­tə­rən di­as­por­la iş üz­rə Tə­mas qru­pu­nun 5-ci ic­la­sı­nın 2019-cu il­də Azər­bay­can­da ke­çi­ril­mə­si qə­ra­ra alı­nıb.


Tür­ki­yə və Azər­bay­ca­nın di­as­por sa­hə­sin­də ma­lik ol­duq­la­rı təc­rü­bə­nin, Türk Şu­ra­sı­nın di­gər üzv öl­kə­lə­ri ilə təc­rü­bə mü­ba­di­lə­si proq­ra­mı çər­çi­və­sin­də bö­lüş­mə­si, bu çər­çi­və­də, 2018-2019-cu il­lər­də Tür­ki­yə, Azər­bay­can, Qa­za­xıs­tan və Qır­ğı­zıs­ta­nın mü­va­fiq qu­rum­la­rı­nın nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə təc­rü­bə-mü­ba­di­lə proq­ra­mı çər­çi­və­sin­də se­mi­nar­la­rın təş­ki­li, bey­nəl­xalq gənc­lər dü­şər­gə­si­nin Qa­za­xıs­tan­da təş­kil olun­ma­sı tə­şəb­bü­sü yek­dil­lik­lə qə­bul olu­nub. Bu­nun­la ya­na­şı, 2019-cu il­də Tür­ki­yə, Azər­bay­can, Qa­za­xıs­tan və Qır­ğı­zıs­ta­nın di­as­por təş­ki­lat­la­rı ara­sın­da bir­lik və həm­rəy­lik his­si­nin ar­tı­rıl­ma­sı üçün di­as­por və və­tən­daş cə­miy­yə­ti nü­ma­yən­də­lə­ri üçün bir­gə tə­lim­lə­rin Tür­ki­yə tə­rə­fi­nin ev­sa­hib­li­yi ilə Al­ma­ni­ya və ya Fran­sa­da, Azər­bay­can və Qır­ğıs­ta­nın bir­gə dəs­tə­yi ilə Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da təş­kil edil­mə­si is­ti­qa­mə­tin­də ra­zı­lıq əl­də edi­lib.

İc­las­da, ey­ni za­man­da, türk­dil­li di­as­por­lar ara­sın­da əmək­daş­lıq və ko­or­di­na­si­ya­nı güc­lən­dir­mək məq­sə­di­lə Türk Şu­ra­sı nəz­din­də bir­gə on­layn di­as­por por­ta­lı­nın ha­zır­lan­ma­sı qə­ra­ra alı­nıb. Tə­rəf­lər türk­dil­li döv­lət­lə­rin di­as­por­la­rı ilə bağ­lı ge­niş mə­lu­mat mü­ba­di­lə­si­nin apa­rıl­ma­sı üçün Türk Şu­ra­sı­nın Di­as­por At­la­sı­nın ha­zır­lan­ma­sı və di­gər mə­sə­lə­lər­lə bağ­lı mü­va­fiq bir­gə ra­zı­lı­ğa gə­lib­lər.


Sə­fər çər­çi­və­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si, Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın Və­tən­daş­lar Fon­du və Tür­ki­yə Res­pub­li­ka­sı­nın Xa­ric­də Ya­şa­yan Türk­lər və Əq­rə­ba İc­ma­lar İda­rə­si ara­sın­da di­as­por si­ya­sə­ti sa­hə­sin­də əmək­daş­lı­ğa da­ir An­laş­ma Me­mo­ran­du­mu im­za­la­nıb.

Da­ha son­ra Şu­ra­ya üzv döv­lət­lə­rin di­as­por mə­sə­lə­lə­ri­nə mə­sul döv­lət qu­rum­la­rı­nın rəh­bər­lə­ri Tür­ki­yə Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin kö­mək­çi­si Fu­at Ok­tay­la gö­rü­şüb.


Xa­tır­la­daq ki, Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın fəa­liy­yə­ti­nin əsas məq­sə­di türk­dil­li öl­kə­lər ara­sın­da hər­tə­rəf­li əməkl­daş­lı­ğa yar­dım et­mək olan bey­nəl­xalq hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­dır. Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin mə­lu­ma­tı­na gö­rə, təş­ki­lat türk­dil­li öl­kə­lə­rin döv­lət baş­çı­la­rı­nın 3 ok­tyabr 2009-cu il­də Nax­çı­van şə­hə­rin­də ke­çi­ri­lən Zir­və gö­rü­şün­də im­za­lan­mış Nax­çı­van Sa­zi­şi­nə əsa­sən ya­ra­dı­lıb. Azər­bay­can, Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan və Tür­ki­yə təş­ki­la­tın tə­sis­çi üzv­lə­ri­dir.       


Türk Şu­ra­sı 1992-ci il­dən eti­ba­rən ke­çi­ri­lən türk­dil­li öl­kə­lə­rin döv­lət baş­çı­la­rı­nın zir­və gö­rüş­lə­rin­dən qay­naq­la­nan ümu­mi si­ya­si ira­də­nin nə­ti­cə­si ola­raq ya­ra­nıb.

2010-cu il­də İs­tan­bul­da ke­çi­ri­lən 10-cu Zir­və Gö­rü­şün­də Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın Ka­tib­li­yi fəa­liy­yə­tə baş­la­yıb.

Türk Şu­ra­sı tə­sis edil­dik­dən son­ra zir­və gö­rüş­lə­ri "Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın Zir­və Gö­rüş­lə­ri" ola­raq ad­lan­dı­rı­lır. Təş­ki­lat ya­ran­dıq­dan son­ra Al­ma­tı, Biş­kek, Qə­bə­lə, Bod­rum və As­ta­na ol­maq­la beş zir­və gö­rü­şü ke­çi­ri­lib.


Türk Şu­ra­sı­nın öz və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­ti­rə bil­mə­si və qar­şı­ya qo­yu­lan məq­səd­lə­rə na­il ola bil­mə­si üçün struk­tu­ru aşa­ğı­da­kı ki­mi for­ma­laş­dı­rı­lıb: Döv­lət Baş­çı­la­rı Şu­ra­sı, Xa­ri­ci İş­lər Na­zir­lə­ri Şu­ra­sı, Yük­sək Və­zi­fə­li Şəxs­lər Ko­mi­tə­si, Ağ­saq­qal­lar Şu­ra­sı, Ka­tib­lik.

Döv­lət Baş­çı­la­rı Şu­ra­sı­nın top­lan­tı­sı­na ev sa­hib­li­yi edən üzv öl­kə növ­bə­ti zir­və­yə qə­dər Türk Şu­ra­sı­na sədr­lik edir.     


Qə­rar­ga­hı An­ka­ra­da yer­lə­şən TÜRK­SOY (Bey­nəl­xalq Türk Mə­də­niy­yə­ti Təş­ki­la­tı) 1993-cü il­də tə­sis edi­lib. Təş­ki­la­tın fəa­liy­yət məq­sə­di üzv öl­kə­lər ara­sın­da elm, təh­sil, mə­də­niy­yət və in­cə­sə­nət sa­hə­sin­də əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si, bey­nəl­xalq sə­viy­yə­də türk dün­ya­sı­nın or­taq də­yər­lə­ri­nin ta­nı­dıl­ma­sı və təş­viq edil­mə­si, elə­cə də türk­dil­li öl­kə­lər ara­sın­da mə­də­ni əla­qə­lə­rin də­rin­ləş­di­ril­mə­si­dir.


TÜRK­PA (Türk­dil­li Öl­kə­lə­rin Par­la­ment As­samb­le­ya­sı) İs­tan­bul sa­zi­şi əsa­sın­da ya­ra­dı­lıb, 2008-ci il­də fəa­liy­yə­tə baş­la­yıb. Qə­rar­ga­hı Ba­kı­da yer­lə­şir. As­samb­le­ya­nın məq­sə­di türk­dil­li öl­kə­lə­rin par­la­ment struk­tur­la­rı ara­sın­da əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­sin­dən iba­rət­dir.

Türk Aka­de­mi­ya­sı 2010-cu il­də Qa­za­xıs­tan­da qey­diy­yat­dan keç­miş təş­ki­lat ola­raq fəa­liy­yə­tə baş­la­yıb. Türk Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sı haq­qın­da Sa­ziş 22-23 av­qust 2012-ci il­də Türk Şu­ra­sı­nın Biş­kek­də ke­çi­ri­lən 2-ci Zir­və Gö­rü­şün­də im­za­lan­mış və Aka­de­mi­ya­ya bey­nəl­xalq sta­tus ve­ri­lib. Türk Aka­de­mi­ya­sı As­ta­na­da yer­lə­şir. Türk di­li­nin, ədə­biy­ya­tı­nın, mə­də­niy­yə­ti­nin və et­noq­ra­fi­ya­sı­nın təd­qi­qi­ni ko­or­di­na­si­ya və təş­viq et­mək məq­sə­di­lə fəa­liy­yət gös­tə­rir. Aka­de­mi­ya­nın di­gər fəa­liy­yət məq­səd­lə­ri türk xalq­la­rı­nın mə­də­ni və mə­nə­vi ir­si­nin təd­qiq edil­mə­si, dün­ya si­vi­li­za­si­ya­sı­nın in­ki­şa­fın­da pa­yı­nın ar­tı­rıl­ma­sı, dün­ya ic­ti­ma­iy­yə­ti­nin türk xalq­la­rı­nın nai­liy­yət­lə­ri haq­qın­da mə­lu­mat­lan­dı­rıl­ma­sı­dır.

Türk Mə­də­niy­yə­ti və İr­si Fon­du­nun Ni­zam­na­mə­si 22-23 av­qust 2012-ci il­də Biş­kek Zir­və­sın­də im­za­la­nıb. Qə­rar­ga­hı Ba­kı şə­hə­rin­də yer­lə­şən Fond türk dün­ya­sı ilə bağ­lı müx­tə­lif təd­bir­lər, la­yi­hə­lər və proq­ram­la­rı ma­liy­yə­ləş­dir­mək və dəs­tək­lə­mək yo­lu ilə türk mə­də­niy­yə­ti­nin və ir­si­nin qo­run­ma­sı­na, təd­qi­qi­nə və təb­li­ği­nə kö­mək­lik gös­tə­rə­cək.

Türk Biz­nes Şu­ra­sı 2011-ci il­də tə­sis edi­lib. Qu­rum Türk Şu­ra­sı­na üzv öl­kə­lə­rin iş­gü­zar dai­rə­lə­ri və di­gər təş­ki­lat­la­rı va­si­tə­si­lə türk­dil­li öl­kə­lər ara­sın­da iq­ti­sa­di əmək­daş­lı­ğın də­rin­ləş­di­ril­mə­si­ni hə­ya­ta ke­çi­rir.


Türk Şu­ra­sı çər­çi­və­sin­də Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə 2013-cü il iyu­nun 21-də Ba­kı­da ilk də­fə Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­na üzv öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin I Fo­ru­mu ke­çi­ri­lib. Fo­rum­da "Türk­dil­li döv­lət­lə­rin di­as­por təş­ki­lat­la­rı­nın or­taq fəa­liy­yət stra­te­gi­ya­sı" və "Ba­kı Bə­yan­na­mə­si" qə­bul edi­lib. Azər­bay­ca­nın təş­ki­lat çər­çi­və­sin­də si­ya­si və təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri sa­hə­sin­də əmək­daş­lı­ğı uğur­la da­vam et­mək­də­dir. Nax­çı­van Sa­zi­şi­nə uy­ğun ola­raq hər il ke­çi­ri­lən zir­və gö­rüş­lə­rin­dən bir gün əv­vəl TDƏŞ xa­ri­ci iş­lər na­zir­lə­ri Şu­ra­sı­nın gö­rüş­lə­ri ke­çi­ri­lir. Ey­ni za­man­da, Nyu-York­da BMT Baş As­samb­le­ya­sı­nın ses­si­ya­la­rı çər­çi­və­sin­də xa­ri­ci iş­lər na­zir­lə­ri­nin qey­ri-for­mal gö­rüş­lə­ri­nin ke­çi­ril­mə­si ar­tıq ənə­nə ha­lı­nı alıb.


2013-cü il­dən baş­la­ya­raq üzv öl­kə­lər ara­sın­da mü­tə­ma­di ola­raq təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri üz­rə məs­lə­hət­ləş­mə­lər ke­çi­ril­mə­yə baş­la­yıb. Üzv öl­kə­lə­rin yük­sək və­zi­fə­li şəxs­lə­ri­nin (xa­ri­ci iş­lər na­zir­lə­ri­nin müa­vin­lə­ri sə­viy­yə­sin­də) ilk gö­rü­şü 2013-cü ilin ap­rel ayın­da Ba­kı­da, ikin­ci­si isə 2014-cü ilin mar­tın­da As­ta­na­da ke­çi­ri­lib, Er­mə­nis­tan-Azər­bay­can Daş­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, Əf­qa­nıs­tan üçün İs­tan­bul pro­se­si, re­gio­nal mü­na­qi­şə­lər, bey­nəl­xalq ter­ro­rizm­lə mü­ba­ri­zə və s. mə­sə­lə­lər mü­za­ki­rə edi­lib. TDƏŞ-in bu gü­nə qə­dər ke­çi­ril­miş bü­tün zir­və gö­rüş­lə­rin­də ol­du­ğu ki­mi, üzv öl­kə­lə­rin döv­lət baş­çı­la­rı tə­rə­fin­dən 11 sen­tyabr 2015-ci il ta­ri­xin­də As­ta­na­da qə­bul edil­miş Be­şin­ci Zir­və Gö­rü­şü­nün Bə­yan­na­mə­sin­də tə­rəf­lər, "Er­mə­nis­tan-Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tez­lik­lə Azər­bay­can Res­püb­li­ka­sı­nın su­ve­ren­li­yi, əra­zi bü­töv­lü­yü və bey­nəl­xalq sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı əsa­sın­da həl­li­nin va­cib­li­yi­ni bir da­ha vur­ğu­la­yıb­lar.


Azər­bay­can TDƏŞ-lə ya­na­şı bu qu­ru­mun əla­qə­li or­qan və təş­ki­lat­la­rı olan TÜRK­SOY, TÜRK­PA (qə­rar­ğa­hı Ba­kı­da yer­lə­şir), Türk Aka­de­mi­ya­sı, Türk Mə­də­niy­yə­ti və İr­si Fon­du (qə­rar­ğa­hı Ba­kı­da yer­lə­şir), Türk Biz­nes Şu­ra­sı ilə də sıx əmək­daş­lıq edir və üzv öl­kə­lər ara­sın­da elm, təh­sil, mə­də­niy­yət və in­cə­sə­nət sa­hə­sin­də əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si, bey­nəl­xalq sə­viy­yə­də türk dün­ya­sı­nın or­taq də­yər­lə­ri­nin ta­nı­dıl­ma­sı və təş­viq edil­mə­si sa­hə­sin­də ak­tiv rol oy­na­yır. Tə­sa­dü­fi de­yil ki, TDƏŞ-in 2012-ci il­də Biş­kek­də ke­çi­ril­miş İkin­ci Zir­və Gö­rü­şün­də Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə ya­ra­dıl­mış Türk Mə­də­niy­yə­ti və İr­si Fon­du 2015-ci il ta­ri­xin­dən qə­rar­ga­hı Ba­kı­da yer­ləş­mək­lə bey­nəl­xalq təş­ki­lat ki­mi fəa­liy­yə­tə baş­la­yıb.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND