Britaniya döyüş təyyarələrini fevral ayından İraq və Suriyadan çıxarır

22.01.2019 14:42
310
Britaniya döyüş təyyarələrini fevral ayından İraq və Suriyadan çıxarır

Britaniya Hərbi Hava Qüvvələrinə aid “RAF Typhoon” tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.



Ekspress.az “Report”a istinadən xəbər verir ki, “RAF Typhoon” tipli 6 döyüş təyyarəsi və 10-a qədər “Reaper” Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.



Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.



Qeyd edək ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbçilərinin çıxarılması barədə sərəncam imzalayıb


Ekspress.az