Çin klonlaşdırılmış pişiklərin ticarətinə başlayır


20.08.2019 09:10
88
Çin klonlaşdırılmış pişiklərin ticarətinə başlayır

Çinin "Sinogene" şirkəti yaxın vaxtlarda klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayacaq.


Ekspress.az xəbər verir ki, şirkət rəhbərliyi heyvanın genetik nüsxəsinin uğurla təkrarlanmasından sonra belə bir qərar qəbul edib.


Bununla belə, "Sinogene"də pişiklə kifayətlənmək niyyətində deyillər. Gələcəkdə klonlaşdırılmış at və poçt göyərçinlərinin kütləvi "istehsalı"na başlanması nəzərdə tutulur.


İlk klonlaşdırılmış pişik balası Sarımsaq adını alıb. O, bir ay əvvəl doğulub, lakin doğum xəbəri xeyli sonra, heyvan öz bacarıqlarını yaradıcılarına göstərə bildiyi vaxtda elan olunub.


İnsanlar öz sevimli ev heyvanlarını 35,4 dollara ala biləcəklər. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND