Lob­bi­çi­lik is­ti­qa­mə­tin­də atı­lan ad­dım­lar

09.10.2018 19:18
520
Lob­bi­çi­lik is­ti­qa­mə­tin­də atı­lan ad­dım­lar

Dün­ya­nın 5 qi­tə­sin­də məs­kun­la­şan soy­daş­la­rı­mı­zın si­ya­si, iq­ti­sa­di və so­si­al-mə­də­ni fəa­liy­yə­ti ya­şa­dıq­la­rı öl­kə­lər, ora­da­kı şə­ra­it, mə­nə­vi də­yər­lər ki­mi müx­tə­lif­dir. Ha­zır­da dün­ya­nın ək­sər öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın xa­ri­ci öl­kə­lə­rə get­mə­lə­ri, son­ra­kı hə­yat və faə­liy­yət­lə­ri­ni ora­da qur­ma­la­rı uzun bir ta­ri­xi və si­ya­si pro­ses­lə­rin məh­su­lu­dur.


Eks­pert­lə­rin fik­rin­cə, qür­bət­də ya­şa­yan azər­bay­can­lı­lar uzun il­lər ön­cə təh­sil al­maq məq­sə­di­lə, ti­ca­rət əla­qə­lə­ri sə­bə­bin­dən, iş tap­maq ax­ta­rı­şıy­la xa­ri­ci öl­kə­lə­rə get­miş soy­daş­la­rı­mı­zın nəs­li­nin da­vam­çı­la­rı­dır. Hət­ta xa­ric­də ya­şa­yan həm­və­tən­lə­ri­miz ara­sın­da və­tən­dən mü­ha­ci­rət et­miş ta­nın­mış şəx­siy­yət­lə­rin soy­la­rın­dan olan­lar da az de­yil. Bun­dan baş­qa, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar za­man keç­dik­cə, hə­min öl­kə­lə­rin ic­ti­mai-si­ya­si, mə­də­ni və di­gər sa­hə­lə­ri­nə in­teq­ra­si­ya olu­nub­lar ki, nə­ti­cə­də də xa­ric­də təd­ri­cən Azər­bay­can di­as­po­ru ya­ra­nıb. Bu ba­xım­dan da ha­zır­da dün­ya­da ya­şa­yan azər­bay­can­lı­lar güc­lü və əla­qə­li lob­bi­çi­lik fəa­liy­yə­ti gös­tə­rir­lər.


Al­man-Azər­bay­can Mə­də­niy­yət Cə­miy­yə­ti­nin səd­ri Ya­şar Nif­tə­li­yev bil­di­rir ki, di­as­por fəa­liy­yə­ti­nin əsas ma­hiy­yə­ti xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rı va­hid plat­for­ma­da bir­ləş­dir­mək­dir: "1990-cı il­də nü­ma­yiş et­dir­di­yi­miz bir­lik, həm­rəy­lik həm­və­tən­lə­ri­mi­zin ha­ra­da və ne­cə ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq xal­qı va­hid bir qüv­və ki­mi bir­ləş­dir­di. Biz də bu­ra­da vax­ta­şı­rı və mü­tə­şək­kil şə­kil­də müx­tə­lif ge­niş­miq­yas­lı təd­bir­lər - gö­rüş­lər, konf­rans­lar, ak­si­ya­lar ke­çi­ri­rik. Qa­ra­bağ mə­sə­lə­si, elə­cə də Xo­ca­lı soy­qı­rı­mı ilə əla­qə­dar hə­qi­qə­ti al­man xal­qı­na ol­du­ğu ki­mi çat­dır­ma­ğa ça­lı­şır və bu­na na­il olu­ruq. Müs­tə­qil­lik­dən son­ra ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin apar­dı­ğı si­ya­sə­tin nə­ti­cə­si­dir ki, Azər­bay­can di­as­po­ru for­ma­laş­ma döv­rü­nü ar­xa­da qoy­muş, ar­tıq nə­ti­cə­lər döv­rü­nə keç­miş­dir. Xa­ri­ci öl­kə­lər­də ko­or­di­na­si­ya mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı, təş­ki­lat­la­rın sa­yı­nın sü­rət­lə art­ma­sı, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən is­tər xa­ric­də, is­tər­sə də öl­kə da­xi­lin­də mü­tə­ma­di ola­raq cə­miy­yət və təş­ki­lat sədr­lə­ri­nin iş­ti­ra­kı ilə təd­bir­lə­rin, qu­rul­tay­la­rın ke­çi­ril­mə­si işi­mi­zi da­ha da asan­laş­dı­rır. Lob­bi­çi­lik və mil­li həm­rəy­li­yin tə­şək­kül tap­ma­sın­da Hey­dər Əli­yev Fon­du­nun xü­su­si ye­ri var" (anl.az).


Ta­rix üz­rə fəl­sə­fə dok­to­ru Yəh­ya Ba­ban­lı qeyd edir ki, 1919-cu ilin yan­va­rın­da Əli­mər­dan bəy Top­çu­ba­şo­vun baş­çı­lı­ğı ilə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin nü­ma­yən­də he­yə­ti­nin Pa­ris Sülh Konf­ran­sı­nın əsas si­ma­la­rın­dan bi­ri olan ABŞ pre­zi­den­ti Vud­ro Vil­son­la gö­rüş­mə­si, ona nü­ma­yən­də he­yə­ti­nin Me­mo­ran­du­mu­nu, həm­çi­nin Azər­bay­can haq­qın­da mə­lu­mat xa­rak­ter­li ma­te­ri­al­lar təq­dim et­mə­si, da­ha son­ra isə AXC-nin müs­tə­qil­li­yi­nin "de-fak­to" ta­nın­ma­sı­na na­il ola bil­mə­si uğur­lu dip­lo­ma­tik ge­di­şat­la bə­ra­bər, Azər­bay­can lob­bi­çi­li­yi­nin ilk həm­lə­si ki­mi də­yər­lən­di­ri­lə bi­lər: "Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin nü­ma­yən­də he­yə­ti­nin Pa­ris Sülh Konf­ran­sın­da­kı fəa­liy­yə­ti­nə lob­bi­çi­lik kon­teks­tin­də də bax­maq gə­rək­dir. Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin ən əhə­miy­yət­li təb­li­ğat iş­lə­rin­dən bi­ri "Pa­ris sülh konf­ran­sı­na Qaf­qaz Azər­bay­ca­nı sülh nü­ma­yən­də­li­yi­nin tə­ləb­lə­ri" ad­lı ki­tab­ça­sı idi. Fran­sız və in­gi­lis dil­lə­rin­də bö­yük ti­raj­la ya­yım­la­nan mil­li ma­raq­lar ba­xı­mın­dan "hə­ya­ti va­cib əhə­miy­yət­li" hə­min bro­şur­da Azər­bay­ca­nın mən­şə­yi haq­qın­da mə­lu­mat ve­ri­lir, xan­lıq­lar, çar Ru­si­ya­sı döv­rün­də və­ziy­yət şərh edi­lir, Azər­bay­ca­nın türk yur­du ol­ma­sı gös­tə­ri­lir, Za­qaf­qa­zi­ya Sey­mi, onun zə­if­lə­mə­si, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı haq­qın­da ta­ri­xi ic­mal yer­ləş­di­ri­lir, bol­şe­vik­lə­rin və er­mə­ni­lə­rin tə­ca­vüz­kar hə­rə­kət­lə­ri haq­qın­da da­nı­şı­lır­dı. 1949-cu il fev­ra­lın 1-də An­ka­ra­da M.Ə.Rə­sul­za­də­nin və bir qrup mü­ha­ci­rin tə­şəb­bü­sü ilə ya­ra­dıl­mış Azər­bay­can Kül­tür Dər­nə­yi azər­bay­can­lı­la­rın di­as­por po­ten­sia­lı­nın ar­tı­rıl­ma­sın­da xü­su­si əhə­miy­yət kəsb edir­di. İlk rəh­bə­ri Hə­mid Ata­nan olan dər­nə­yin fəa­liy­yə­ti yal­nız bu öl­kə­də ya­şa­yan həm­və­tən­lə­ri­miz tə­rə­fin­dən de­yil, elə­cə də Tür­ki­yə ic­ti­ma­iy­yə­ti­nin ra­zı­lı­ğı ilə qar­şı­lan­mış­dı. Azər­bay­can di­as­po­ru­nun şa­xə­lən­mə­sin­də cid­di fə­al­lıq gös­tər­miş bu dər­nə­yin təş­kil et­di­yi mə­də­ni-küt­lə­vi təd­bir­lər­də Azər­bay­can ta­ri­xi­nin və mə­də­niy­yə­ti­nin təb­li­ği mə­sə­lə­lə­ri­nə xü­su­si yer ve­ril­miş­di. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin sü­qu­tun­dan son­ra Azər­bay­can xal­qı­nın ən ali tə­bə­qə­si, zi­ya­lı eli­ta­sı Və­tə­nin xoş­bəxt­li­yi­ni, müs­tə­qil gə­lə­cə­yi­ni tə­min et­mək əz­min­də və qa­bi­liy­yə­tin­də olan zi­ya­lı­la­rı heç ol­ma­sa sağ qa­lıb nə isə et­mək ümi­di ilə Tür­ki­yə­yə mü­ha­ci­rət et­miş­di­lər. On­la­rın sı­ra­sın­da Əh­məd bəy Ağa­oğ­lu, Xə­lil bəy Xas­məm­mə­dov, Beh­bud xan Ca­van­şir, Xos­rov bəy Sul­ta­nov, Mir­zə­ba­la Məm­məd­za­də, Məm­məd Əmin Rə­sul­za­də, Na­ğı bəy Şeyx­za­man­lı, Şə­fi bəy Rüs­təm­bəy­li və di­gər zə­ka sa­hib­lə­ri­mi­zi Tür­ki­yə öz qoy­nu­na ala­raq tə­qib­lər­dən və ölü­mün pən­cə­sin­dən qur­tar­mış­dı".


Ba­ban­lı onu da qeyd edir ki, AXC-nin sü­qu­tun­dan son­ra si­ya­si tə­qib­lə­rə mə­ruz qa­lan və­tən­se­vər­lə­rin bir qis­mi Al­ma­ni­ya­ya mü­ha­ci­rət edib: "On­lar­dan bi­ri ça­riz­mə qar­şı M.Ə.Rə­sul­za­də ilə çi­yin-çi­yi­nə mü­ba­ri­zə apar­mış Əb­dü­lə­li bəy Fə­tə­li­bəy­li-Dü­dən­gins­ki ol­muş­dur. Bir söz­lə, Azər­bay­can mü­ha­cir­lə­ri ya­şa­dıq­la­rı öl­kə­lər­də çox­şa­xə­li fəa­liy­yət gös­tə­rə­rək, hə­min öl­kə­lə­rin döv­lət, si­ya­si, ic­ti­mai dai­rə­lə­ri ilə də ya­xın əla­qə­lər qur­muş, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da sə­mə­rə­li xid­mət gös­tər­miş­lər. On­lar say eti­ba­rı ilə çox ol­ma­sa­lar da, Azər­bay­can zi­ya­lı­lı­ğı­nın tə­cəs­sü­mü ki­mi, di­as­po­ru­mu­zun for­ma­laş­ma­sı və in­ki­şa­fın­da həl­le­di­ci rol oy­na­mış­lar".

Gö­rün­dü­yü ki­mi, bö­yük və­tən fə­dai­lə­ri ye­nil­mə­di­lər, Azər­bay­can yo­lun­da qar­şı­lıq­sız xid­mət­lə­ri­ni ye­ni mər­hə­lə­də və kon­teks­tdə da­vam et­dir­di­lər. Yük­sək ira­də və əz­mə sa­hib olan hə­min şəxs­lər- Azər­bay­can Xalq Cü­um­hu­riy­yə­ti­nin lə­ya­qət­li öv­lad­la­rı məc­bu­ri miq­ra­si­ya­nın əsa­sın­da in­tel­lek­tu­al di­as­po­run for­ma­laş­ma­sı­na öz töh­fə­lə­ri­ni ver­di­lər.

Bu gün sə­da­qət­lə va­ris­li­yi­ni ye­ni müs­tə­vi­də ye­ri­nə ye­ti­rən müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı ötən dövr­də çə­tin sı­naq­lar­dan ke­çib (di­as­por­news.az). Əs­rin so­nun­da xi­las­kar­lıq mis­si­ya­sı­nı üzə­ri­nə gö­tü­rən ulu ön­dər Hey­dər Əli­yev müd­rik­li­yi ilə bu ağır işin öh­də­sin­dən uğur­la gəl­di.

Eks­pert Cey­hun Mah­mu­dov bil­di­rir ki, di­as­por­la əla­qə­dar el­mi ədə­biy­yat­da iki möv­qe var: "Bir qrup təd­qi­qat­çı bu an­la­yı­şı yu­nan­lar­la əla­qə­lən­dir­sə də, baş­qa bir qrup isə onu yə­hu­di­lər­lə əla­qə­lən­di­rir. Son dövr­lər­də di­as­por an­la­yı­şı müx­tə­lif pro­ses­lər­lə əla­qə­lən­di­ri­lə­rək kəsb et­di­yi mə­na­nın sər­həd­lə­ri ge­niş­lən­di­ri­lib. Q.Şef­fe­rə gö­rə, di­as­por et­nik qrup­la­rın kö­nül­lü və ya məc­bu­ri miq­ra­si­ya pro­ses­lə­ri nə­ti­cə­sin­də or­ta­ya çı­xır. On­lar mü­ha­ci­rət et­dik­lə­ri öl­kə­lər­də mil­li az­lıq sta­tu­sun­da ya­şa­yır­lar, et­nik və et­no-di­ni mən­su­biy­yət­lə­ri­ni, qrup­da­xi­li həm­rəy­lik­lə­ri­ni mü­ha­fi­zə edir­lər. Bun­dan baş­qa, di­as­por an­la­yı­şı miq­ra­si­ya və mil­li az­lıq­lar söz­lə­ri ilə si­no­nim­lik təş­kil edir. Son dövr­də rus di­lin­də "di­as­po­ra" kəl­mə­si is­tə­ni­lən et­nik qru­pu ifa­də et­mək üçün iş­lə­di­lir. 1945-ci il qə­dər di­as­por fe­no­me­ni ta­ma­mi­lə yə­hu­di­lər ilə əla­qə­lən­di­ril­sə də, bu dövr­dən son­ra dün­ya­da baş ve­rən pro­ses­lər nə­ti­cə­sin­də şi­ma­li af­ri­ka­lı­lar, hind­li­lər, türk­lər öz ta­ri­xi tor­paq­la­rı­nı tərk edə­rək, ye­ni di­as­por­lar for­ma­laş­dır­dı­lar. Məhz hə­min ha­di­sə­lə­rin axa­rın­da "di­as­po­ra" an­la­yı­şı ye­ni mə­na­lar kəsb et­mə­yə baş­la­dı".


C.Mah­mu­do­vun fik­rin­cə, müa­sir bey­nəl­xalq sis­tem­də döv­lət­lə­rin xa­ri­ci si­ya­sə­tin­də prio­ri­tet təş­kil edən mən­səb­lər­dən bi­ri də di­as­por qu­ru­cu­lu­ğu və di­as­por­la əmək­daş­lıq mə­sə­lə­si­dir: "Di­as­por təş­ki­lat­la­rı əsa­sən ABŞ, Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri, Ru­si­ya və di­gər dün­ya si­ya­sə­ti­nə tə­sir edə bi­lə döv­lət­lər­də fəa­liy­yət gös­tə­rir­lər. Bu qrup­la­rın əsas məq­səd­lə­ri öz et­nik qrup­la­rı­nın və ta­ri­xi və­tən­lə­ri­nin le­hi­nə qə­rar­lar qə­bul et­dir­mək­dir. Dün­ya­da tə­sir im­kan­la­rı­na go­rə yə­hu­di, yu­nan və er­mə­ni di­as­por­la­rı­nı gös­tər­mək olar. Adı­çə­ki­lən et­nik qrup­lar xü­su­si­lə dün­ya­nın su­per döv­lə­ti olan ABŞ-da fəa­liy­yət gös­tə­rir və ta­ri­xi və­tən­lə­ri­nin le­hi­nə əhə­miy­yət­li qə­rar­la­rın ve­ril­mə­sin­də müs­təs­na rol oy­na­yır­lar. İs­tər yə­hu­di, is­tər yu­nan, is­tər­sə də er­mə­ni di­as­po­ru qrup­da­xi­li həm­rəy­li­yə əsas­la­na­raq müx­tə­lif öl­kə­lər­də təş­ki­lat­la­na­raq öz et­nik bir­lik­lə­ri­ni qu­rub­lar. Am­ma son dövr­lər­də di­as­por­la­rın təş­ki­lat­lan­dı­rıl­ma­sı­na döv­lət­lər öz­lə­ri nə­za­rət edir­lər. Mə­sə­lən, dün­ya­nın on­lar­la öl­kə­si­nə sə­pə­lən­miş Azər­bay­can di­as­po­ru uzun ta­ri­xə sa­hib ol­sa da, bir müd­dət pə­ra­kən­də fəa­liy­yət gös­tə­rə­rək, qar­şı­sı­na qoy­du­ğu məq­səd­lə­rə ça­ta bil­mə­yib. Mə­sə­lə­nin cid­diy­yə­ti­ni an­la­yan Azər­bay­can döv­lə­ti bu pro­se­si öz nə­za­rə­ti­nə gö­tü­rüb mil­li di­as­por qu­ru­cu­lu­ğun­da bir­ba­şa iş­ti­rak et­mə­yə baş­la­yır. Ha­zır­da bu mə­sə­lə ilə məs­ğul olan xü­su­si ko­mi­tə fəa­liy­yət gös­tər­mək­də­dir"(olay­lar.az).

C.Mah­mu­dov onu da qeyd edir ki, ABŞ-da "lob­bi­çi­lik" qa­nun­la mü­əy­yən­ləş­di­ril­miş öl­çü­lər çər­çi­və­sin­də fəa­liy­yət gös­tə­rir: "Bu fəa­liy­yə­ti tən­zim­lə­mək üçün 1946-cı il­də Fe­de­ral Lob­bi qa­nu­nu qə­bul edil­di. Bu qa­nun­da lob­bi­çi­nin kim ol­du­ğu mü­əy­yən­ləş­di­ri­lir və onun ma­liy­yə im­kan­la­rı nə­za­rət al­tı­na alı­nır­dı. Hə­min qa­nun­da de­yi­lir ki, Ame­ri­ka Konq­re­sin­də­ki qa­nun­la­ra tə­sir et­mə­yə və ya mü­va­fiq qa­nun çıx­ma­sı­na ça­lı­şan, bu­nun üçün bir­ba­şa və ya do­la­yı yol­la pul və di­gər qiy­mət­li əş­ya­lar top­la­yan və ya əsl məq­sə­di bu olan şəxs­lər lob­bi­çi ola­raq ad­lan­dı­rı­lır. Ümu­miy­yət­lə, lob­bi­çi­lik növ­lə­ri­nə gö­rə iki ye­rə bö­lü­nür: Bir­ba­şa lob­bi­çi­lik; İc­ti­ma­iy­yət ara­sın­da təş­vi­qat apa­rı­la­raq qu­ru­lan lob­bi­çi­lik. ABŞ-da lob­bi­çi­lik­lə xu­su­si ma­raq­lı qrup­lar və et­nik di­as­po­ra təş­ki­lat­lan məş­ğul olur. Et­nik di­as­po­ra təş­ki­lat­la­rı ya öz­lə­ri bir­ba­şa ola­raq bu iş­lə məş­ğul olur, ya da ix­ti­sas­laş­dı­rıl­mış lob­bi şir­kət­lə­ri va­si­tə­si ilə öz fəa­liy­yət­lə­ri­ni hə­ya­ta ke­çi­rir­lər. Özəl lob­bi şir­kət­lə­ri çox ba­ha­lı ol­du­ğu üçün adə­tən et­nik biz­nes təş­ki­lat­la­rı bu işi öz­lə­ri hə­ya­ta ke­çir­mə­yə üs­tün­lük ve­rir­lər. Lob­bi­lər öz məq­səd­lə­ri­nə çat­maq üçün bir çox üsul­dan is­ti­fa­də edir­lər. Bu üsul­lar­dan üz-üzə gö­rüş­mə, konq­re­sin ko­mi­tə­lə­ri­nin ic­las­la­rın­da iş­ti­rak et­mə, mək­tub gön­dər­mə, ic­ti­ma­iy­yət­lə əla­qə­lər kam­pa­ni­ya­la­rı­nın ke­çi­ril­mə­si, lob­bi­lər ara­sı əmək­daş­lıq və koa­li­si­ya­la­nın qu­rul­ma­sı, na­mi­zə­din seç­ki kom­pa­ni­ya­sı­na pul yar­dı­mı gös­tə­ril­mə­si və.s. da­xil­dir. Təc­rü­bə gös­tə­rir ki, ma­raq­lar üst-üs­tə düş­dü­yü za­man zə­if lob­bi­lər güc­lü lob­bi­lə­rin im­kan­la­rın­dan ge­niş is­ti­fa­də edir. Er­mə­ni lob­bi­si­nin bir çox hal­lar­da yu­nan lob­bi­si­nin im­kan­la­rın­dan is­ti­fa­də et­di­yi mə­lum­dur. Lob­bi­çi­lik fəa­liy­yə­ti­nin ən tə­sir­li üsul­la­rın­dan bi­ri də konq­re­sə ke­çi­ri­lən seç­ki­lər­də na­mi­zəd­lə­rin kam­pa­ni­ya­la­rın­da ak­tiv iş­ti­rak et­mək­dir. Seç­ki kom­pa­ni­ya­sın­da ma­liy­yə və in­san re­surs­la­rı ilə iş­ti­rak edən hər han­sı­sa et­nik İob­bi qru­pu seç­ki­lər­də qa­lib gə­lən konq­res­me­nə fə­liy­yə­ti döv­rün­də tə­sir et­mək im­ka­nı­na sa­hib olur".

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND