Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ

27.05.2019 14:18
209
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Qarabağ torpaqlarında hərbi xidmət keçən oğlunun Qarabağı tərk etməsi təsdiqlənib.

 

Ekspress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məlumatı Paşinyan həyat yoldaşı Anna Akopyan təsdiqləyib.


Oğlunun Yerevanda olduğunu bildirən Akopyan Aşot Paşinyanın tezliklə yenidən Qarabağa qayıdacağını söyləyib.


“Onun gəlişi heç nə ilə bağlı deyil. Qarabağa qayıdaraq hərbi xidmətini davam etdirəcək”.

 

Anna Akopyan bütün əsgərlərin qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan danışıb (modern).


Xatırladaq ki, Ermənistan KİV-i Paşinyanın oğlunun Yerevan yaxınlığındakı hərbi hissəyə gətirildiyini yazır.


Ekspress.az

Açar sözlər: