Şəkidə tələbə attraksiondan yıxılıb xəstəxanalıq oldu


16.09.2019 14:29
71
Şəkidə tələbə attraksiondan yıxılıb xəstəxanalıq oldu

Şəkidə tələbə attraksiondan yıxılıb.


Ekspress.az xəbər verir ki, Şəki Pedoqoji Kollecinin tələbəsi, Bərdə rayon sakini, 16 yaşlı Xəyalə Durmuşova istirahət parkında attraksiondan yıxılıb. 


Ağır bədən xəsarətləri alan yeniyetmə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə olunan yaralıya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda 16 yaşlı X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır. 


Fakt araşdırılır. (oxu)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND