Gürcüstanla əlaqələr ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub - Məmmədyarov

26.05.2019 17:20
108
Gürcüstanla əlaqələr ərazi bütövlüyünə hörmət prinsipləri əsasında qurulub - Məmmədyarov


"Ümid edirəm ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq əlaqələri bundan sonra da güclənəcək".


Bu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda qeyd edilib.


E. Məmmədyarov bildirib ki, ortaq maraqlar və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənən bu əlaqələr möhkəm təməl üzərində qurulub:


"İki ölkə arasında mövcud olan məhsuldar əməkdaşlıq əlaqələri gürcü və Azərbaycan xalqlarının rifahının yüksəldilməsinə xidmət edir" (ONA).


XİN başçısı məktubunda gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND