Almaniya baş naziri Yaponiyaya səfər edəcək

27.01.2019 12:55
235
Almaniya baş naziri Yaponiyaya səfər edəcək

Almaniya Kansleri Angela Merkel fevralın əvvəllərində Yaponiyaya səfər edəcək.


Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, fevralın 4-də başlayacaq səfər iki gün davam edəcək. Almaniya Kanslerinin İmperator Akihito və Baş nazir Şinzo Abe ilə görüşləri nəzərdə tutulur.


A.Markelin Ş.Abe ilə görüşü zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, qlobal və regional proseslər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.


Ekspress.az


Açar sözlər: