Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralda satışa çıxarılacaq

09.02.2019 19:32
145
Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralda satışa çıxarılacaq

Avtomat ötürücülü “Khazar” avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.


“Azərmaş” İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq.


Zavodun direktoru bildirib ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsal olunub:


“Hazırda avtomobillər sınaq müddətindədir. 10 gün sonra həmin avtomobilləri satışda görəcəksiniz” (oxu.az).


O qeyd edib ki, bu il üç min ədəd “Khazar” avtomobilinin istehsalı nəzərdə tutulub:


“Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 min 500 manatdan 21 min manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND