Qəzaya uğramış "MiQ-29" -un yeni GÖRÜNTÜLƏRİ YAYILDI

16.08.2019 11:15
147
Qəzaya uğramış "MiQ-29" -un yeni GÖRÜNTÜLƏRİ YAYILDI

İyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevlə bağlı yeni məlumat açıqlanıb.


Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında məlumat verilib.


Qeyd olunub ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.


Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.


İyulun 24-də saat 22 radələrində Türkiyə Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlayıb.


Məlumatda bildirilib ki, qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən tapılıb. (big)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND