Tə­sa­dü­fü tə­yi­nat

14.12.2018 19:42
481
Tə­sa­dü­fü tə­yi­nat

No­lub, nə xə­bər­di, iki gün­dür kim­lə­rin­sə öz əri­zə­siy­lə tut­duq­la­rı və­zi­fə­dən çıx­dıq­la­rı ba­rə­də xə­bər­lər ya­yı­lır. Biz­də ki­min­sə kres­lo­sun­dan öz­xo­şuy­la im­ti­na et­mə­si hal­la­rı­na çox az rast gə­li­nir. O da ola pul­lu və­zi­fə. Bu işin için­də bir iş var...


Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi­nin Döv­lət Tib­bi-So­si­al Eks­per­ti­za və Rea­bi­li­ta­si­ya Xid­mə­ti­nin struk­tu­ru tək­mil­ləş­di­ri­lir. Na­zir­lik bil­di­rir ki, bu, ümu­miy­yət­lə, re­ab­li­ta­si­ya sis­te­mi­nin op­ti­mal­laş­dı­rıl­ma­sı və ida­rə­et­mə­nin tək­mil­ləş­di­ril­mə­si sa­hə­sin­də bey­nəl­xalq təc­rü­bə­nin tət­bi­qi is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ri­lib. Bun­dan baş­qa, xid­mə­tin tib­bi so­si­al eks­pert ko­mis­si­ya­la­rı­nın sa­yı 12-dən 5-ə en­dir­lib. Ko­mis­si­ya­lar gə­lə­cək­də Ba­kı­da fəa­liy­yət gös­tə­rə­cək beş DOST mər­kə­zi ilə əla­qə­li şə­kil­də xid­mət­lə­ri­ni və­tən­daş­la­ra təq­dim edə­cək­lər. Hə­min DOST mər­kəz­lə­rin­də TSEK-lə­rin fəa­liy­yə­ti qu­ru­la­caq.

Bu ara­da xid­mə­tin apa­ra­tı­nın ye­ni struk­tu­ru da təs­diq­lə­nib. Xid­mə­tin rəi­si İl­qar Qur­ba­nov iş­dən çı­xa­rı­lıb.


Biz­də adət­dir, kim­sə və­zi­fə­yə tə­yin olu­nan­da, ya­xud çı­xa­rı­lan­da onun ki­min ada­mı ol­ma­sı araş­dı­rı­lır. Elə İ.Qur­ba­no­vun da is­te­fa əri­zə­si­nin mü­rək­kə­bi qu­ru­ma­mış xə­bər ya­yıl­dı ki, bəs o, Azər­bay­can Də­mir Yol­la­rı Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti­nin səd­ri Ca­vid Qur­ba­no­vun qar­da­şı­dır. Əcə­ba, İ.Qur­ba­nov və­zi­fə­sin­dən ni­yə ge­dib? Na­zir­lik onun səh­hə­ti ilə bağ­lı əri­zə yaz­dı­ğı­nı bil­di­rir.


Dü­nən­sə ya­yı­lan baş­qa bir xə­bər də ha­mı­nın ma­ra­ğı­na sə­bəb olub. Be­lə ki, Xə­tai ra­yon Tib­bi So­si­al Eks­per­ti­za Ko­mis­si­ya­sı­nın səd­ri Əli Əs­gə­rov tut­du­ğu və­zi­fə­dən azad edi­lib. De­yi­lən­lə­rə gö­rə, o da öz is­tə­yi ilə və­zi­fə­sin­dən ge­dib. De­yi­lən­lə­ri "uni­kal.org"a təs­diq­lə­yən Ə.Əs­gə­rov iş­dən çıx­ma­sı­nın sə­bəb­lə­ri­ni də açıq­la­yıb.


Əs­gə­rov əri­zə­si­ni pen­si­ya ya­şıy­la əla­qə­lən­di­rən­lə­rə ca­vab ola­raq de­yib ki, pen­si­ya­ya çıx­ma­sı­na hə­lə üç il var. Sə­bəb baş­qa­dır: "Mən uzun il­lər müa­li­cə hə­ki­mi iş­lə­mi­şəm. Tə­sa­dü­fən Xə­tai ra­yon Tib­bi So­si­al Eks­per­ti­za Ko­mis­si­ya­sı­nın səd­ri və­zi­fə­si­nə tə­yi­nat al­mış­dım".


İl­lər­dir Xə­tai TSEK-in səd­ri və­zi­fə­si­ni tu­tan adam bu və­zi­fə­yə tə­sa­dü­fən tə­yin edil­di­yi­ni de­yir. Gö­zəl eti­raf­dır. Ma­raq­lı­dır, gö­rə­sən, be­lə tə­sa­dü­fü tə­yi­nat­lar ni­yə an­caq yük­sək və­zi­fə­də otu­ran­la­rın qar­daş­la­rı, ya­xın­la­rı üçün olur? No­lay­dı, be­lə tə­sa­dü­fü tə­yi­nat­dan ye­tim-ye­sir üçün də olay­dı...


Ə.Əs­gə­ro­vun ma­raq­lı eti­ra­fı bu­nun­la bit­mir: "He­sab edi­rəm ki, ko­mis­si­ya­nın işi iş­lə­ni­lə­si de­yil, nif­rət olun­ma­lı bir sis­tem­dir. Qis­mət eləy­di. İş elə gə­tir­di ki, gə­lib bu­ra­da da ça­lış­dım".


Ye­nə ma­raq ada­mı bü­rü­yür. Ə.Əs­gə­rov "nif­rət edi­lə­si bir sis­tem"də, "iş­lə­ni­lə­si ol­ma­yan bir ko­mis­si­ya"da in­di­yə­dək ne­cə du­ruş gə­ti­rib, çox ma­raq­lı­dır...

Əs­gə­rov bun­dan son­ra fəa­liy­yə­ti­ni hə­kim ki­mi da­vam et­di­rə­cə­yi­ni də is­tis­na et­mə­yib: "Hə­lə­lik heç yer­də ça­lış­mı­ram. Qis­mə­ti­mi göz­lə­yi­rəm. İn­şal­lah hər şey yax­şı ola­caq".


Elə bu yer­də­cə de­yim ki, Əli Əs­gə­rov Mil­li Məc­lis səd­ri­nin bi­rin­ci müa­vi­ni Zi­ya­fət Əs­gə­ro­vun qar­da­şı­dır.


Yük­sək və­zi­fə tu­tan­la­rın qar­daş­la­rı­nın bir­dən-bi­rə kö­nül­lü ola­raq iş­dən get­mə­lə­ri hal­la­rı­na az rast gə­lin­di­yin­dən ya­man ma­raq­la qar­şı­la­nır. Bu işin için­də bir iş var...