• 16 °C Naxçıvan
  • 19 °C Bakı
  • 20 °C Quba
  • 18 °C Gəncə
  • 15 °C Yevlax

Orta əməkhaqqı 557 manatı ötüb

15.03.2019 11:12
94
Orta əməkhaqqı 557 manatı ötüb

2019-cu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1,5238 milyon nəfər olub. Onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.


Ekspress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.


2019-cu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND