• 6 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

Sabirabadda mikroavtobus qəzaya düşüb, ölən və yaralanan var - FOTO

22.02.2019 13:20
168
Sabirabadda mikroavtobus qəzaya düşüb, ölən və yaralanan var - FOTO

Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.


Ekspress.az xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.


"Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. 


Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.


Yaralılar:


1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,

1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,

1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi


Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND