30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb? - Elmar Məmmədyarov

14.05.2019 16:27
35
30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb? - Elmar Məmmədyarov

"Danışıqlar masasına əyləşib substantiv danışıqlar adlandırdığım prosesi başa çadırmaq üçün ciddi siyasi yanaşma nümayiş etdirmək və qərar vermək lazımdır. Oturmusunuz və özünüz-özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. 30 illik müharibə dönəmində erməni xalqı nə qazanıb?"


Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə ermənistanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.


O qeyd edib ki, bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirib, Ermənistandan yan keçməklə dəmir yolu, boru kəmərləri və qaz kəmərləri tikdirib:


"Bu gün haqqında danışdığımız bütün strateji layihələr Ermənistandan yan keçib. Bəs Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazanıb?!"


Ekspress.az

  • SON XƏBƏR
  • TREND