AFFA “Neftçi”ni cəzalandırdı


08.10.2019 14:22
104
AFFA “Neftçi”ni cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.


Ekspress.az xəbər verir ki,, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.


“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib.


“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb. (axar)


Ekspress.az