Qadınlardan ibarət millimiz güləş üzrə Avropa çempionatında 4-cü olub

13.04.2019 19:44
173
Qadınlardan ibarət millimiz güləş üzrə Avropa çempionatında 4-cü olub

Qadınlardan ibarət yığmamızın Avropa çempionatında tutduğu yer bəlli olub. 


Yarışa 8 güləşçiylə yollanan millimiz 1 qızıl, 3 bürünc medal qazanıb. 


Ümumilikdə 96 xal toplayan komandamız Avropa 4-cüsü olub (ONA).


Yığmamız yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb. Millimizin Buxarestə kapitan Mariya Stadnik olmadan yollandığını nəzərə alsaq, bu nəticəni uğurlu saya bilərik.


Ekspress.az