Ru­si­ya azər­bay­can­lı­la­rı


07.08.2018 10:29
418
Ru­si­ya azər­bay­can­lı­la­rı

Ta­ri­xi və­tən­lə­rin­dən kə­nar­da azər­bay­can­lı­la­rın ən çox məs­kun­laş­dı­ğı öl­kə­lər­dən bi­ri də Ru­si­ya­dır. Ru­si­ya­da 2010-cu il­də apa­rı­lan si­ya­hı­ya­al­ma­ya 603 min aza­ər­bay­can­lı və­tən­daş­lıq hü­qu­qu­na sa­hib­dir. 2002-ci il­lə mü­qa­yi­sə­də on­la­rın sa­yı bir qə­dər aza­lıb. Bu il­də Ru­si­ya Fe­de­ra­si­ya­sın­da 622 min azər­bay­can­lı qey­diy­yat­da olub.

Ru­si­ya­da əmək miq­ran­tı ki­mi ya­şa­yan azər­bay­can­lı­la­rın sa­yı isə da­ha çox­dur. Təs­diq­lən­mə­yən mə­lu­ma­ta əsa­sən bu­ra­da və­tən­daş­lar­la bə­ra­bər 2 mil­yon­dan ar­tıq aza­ər­bay­can­lı dai­mi ya­şa­yır.


2010-cu ilin sta­tis­ti­ka­sı­na əsa­sən və­tən­daş­lı­ğı olan soy­daş­la­rı­mı­zın 131 mi­ni Da­ğıs­tan Mux­tar Res­pub­li­ka­sın­da qey­diy­yat­da­dır. Azər­bay­can­lı­lar Da­ğıs­ta­nın say­ca 6-cə ən bö­yük yer­li xal­qı­dır. Azər­bay­can­lı­la­rın 58 fai­zi Dər­bənd şə­hə­rin­də məs­kun­la­şıb.

Və­tən­daş­lı­ğı ol­ma­yan, am­ma dai­mi ya­şa­yan azər­bay­can­lı­la­rın da sa­yı nə­zə­rə alı­nar­sa soy­daş­la­rı­mı­zın da­ha çox məs­kun­laş­dı­ğı şə­hər Mosk­va­dır. 

Ru­si­ya mi­li­sin is­ti­na­dən ya­yı­lan qey­ri-rəs­mi mə­lu­ma­ta gö­rə 2015-ci il­də Mosk­va­da 11 mil­yon in­san ya­şa­yır və on­la­rın 14 fai­zi, yə­ni 1,5 mil­yon nə­fər­dən ço­xu azər­bay­can­lı­dır. 


Ru­si­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın sa­yı­nın çox ol­ma­sı, on­la­rın bu öl­kə­də müx­tə­lif si­ya­si və ic­ti­mai iş­lər­də ça­lış­ma­sı di­as­po­ra fəa­liy­yə­ti­nin in­ki­şa­fı üçün gö­zəl im­kan­lar ya­ra­dır. Azər­bay­can Di­as­por­la İş Üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən, Azər­bay­can di­as­po­ru­nun ən ge­niş və in­ten­siv fəa­liy­yət gös­tər­di­yi öl­kə­lər içə­ri­sin­də Ru­si­ya Fe­de­ra­si­ya­si xü­su­si­lə diq­qə­ti cəlb edir. Ko­mi­tə bil­di­rir ki, qey­ri-rəs­mi sta­tis­ti­ka­ya gö­rə, Ru­si­ya­da 2,5 mil­yo­na ya­xın soy­da­şı­mız ya­şa­yır və on­lar Fe­de­ra­si­ya­nın 89 sub­yek­ti­nin ha­mı­sın­da məs­kun­la­şıb.


Ru­si­ya ilə Azər­bay­ca­nın ta­ri­xi əla­qə­lə­ri X əsr­dən eti­ba­rən in­ki­şaf et­mə­yə baş­la­yıb. Za­man­la Ru­si­ya­nın güc­lən­mə­si sə­bə­bi­lə im­pe­ri­ya ma­raq­la­rı­na Azər­bay­can da da­xil edil­di. Xu­su­si­lə, Azər­bay­can uğ­run­da Ru­si­ya-Tür­ki­yə-İran qar­şı­dur­ma­sı qan­lı nə­ti­cə­lər ve­rib və bun­dan yer­li əha­li əziy­yət cə­kib. Ru­si­ya döv­lə­ti­nin qüd­rət­li in­ki­şaf döv­rü keç­di­yi za­man baş­qa yer­lər­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da bu döv­lə­tə kö­çən­lər ara­sın­da ti­ca­rət və elm xa­dim­lə­ri var idi. Ko­mi­tə qeyd edir ki, təd­qi­qat­çı­la­rın araş­dır­ma­la­rı­na gö­rə, Bö­yük Mosk­va knya­zı III Va­si­li, İvan Qroz­nı və I Pyot­rın çar­lı­ğı döv­rün­də Ru­si­ya­ya kö­çən azər­bay­can­lı sə­nət­kar­lar, ta­cir­lər, elm xa­dim­lə­ri Mosk­va, Sankt-Pe­ter­burq, Mosk­va ət­ra­fı əra­zi­lər­də məs­kun­la­şır­dı­lar. Azər­bay­can­lı­lar içə­ri­sin­də Ru­si­ya döv­lət ida­rə­lə­rin­də ça­lı­şan­lar ba­rə­sin­də ar­xiv­lər­də mə­lu­ma­ta rast gəl­mək olar. Ru­si­ya Xa­ri­ci İş­lər Na­zir­li­yin­də tər­cü­mə­çi iş­lə­miş Nə­si­rov və Mir­zə əbu Tu­rab Və­zi­rov XVIII əsr Azər­bay­can di­as­po­ru­nun ta­nı­nan nü­ma­yən­də­lə­ri olub­lar. 1828-ci il "Türk­mən­çay" mü­qa­vi­lə­si­nə qə­dər Ru­si­ya­ya təh­sil al­maq məq­sə­di­lə ge­dib bu­ra­da dai­mi ya­şa­yan soy­daş­la­rı­mız­dan Mir­zə Ab­dul­la Və­zi­rov, Mir­zə Cə­fər Top­çu­ba­şov, Ab­bas­qu­lu ağa Ba­kı­xa­nov ki­mi ta­nın­mış şəxs­lə­rin ad­la­rı­nı çək­mək olar. 1813-1828-ci il­lər im­za­la­nan "Gü­lüs­tan" və "Türk­mən­çay" sülh mü­qa­vi­lə­lə­ri Azər­bay­ca­nı bir döv­lət, azər­bay­can­lı­la­rı bir mil­lət ki­mi iki his­sə­yə par­ça­la­dı. Ru­si­ya ta­be­çi­li­yin­də qa­lan Şi­ma­li Azər­bay­ca­nın və­tən­daş­la­rı Ru­si­ya tə­bəə­si olur­du­lar. 

Ko­mi­tə­nin şər­hi­nə əsa­sən, 1828-1991-ci il­lər ara­sı Ru­si­ya­ya axı­nı güc­lə­nən mü­ha­ci­rət pro­se­si­ni təq­ri­bi ola­raq 4 döv­rə böl­mək olar. Bi­rin­ci dövr 1828-1918-ci il­lər­dir.


Bu dövr­də əsa­sən elm, sə­nət və di­gər iş­lər­lə məş­ğul olan Azər­bay­can mü­ha­cir­lə­ri Ru­si­ya əra­zi­sin­də say eti­ba­rı ilə se­çi­lən ic­ma­la­rı­nı ya­ra­da bi­lib­lər. Dövr ər­zin­də bir çox ta­nın­mış azər­bay­can­lı­lar im­pe­ri­ya­nın sa­yı­lıb-se­çi­lən in­san­la­rın­dan ol­maq­la, Ru­si­ya­nın el­mi­nə və iq­ti­sa­diy­ya­tı­na öz töh­fə­lə­ri­ni ve­rib. Ru­si­ya el­min­də, hər­bin­də və iq­ti­sa­diy­ya­tın­da da­nıl­maz ro­lu olan azər­bay­can­lı­lar­dan Əlia­ğa Şıx­lins­ki, Mir­zə Mə­həm­mə­də­li, Ha­cı Ka­zım, Mir­zə Ka­zım bəy, Ağa­ba­ba Sa­dı­qov, İb­ra­him ağa Usu­bov və yüz­lər­lə di­gər in­sa­nın adı­nı çək­mək olar.


İkin­ci dövr 1922-1960-cı il­lər­dir. Ko­mi­tə­nin şər­hi­nə gö­rə Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın sü­qu­tun­dan son­ra bol­şe­vik si­ya­si ideo­lo­gi­ya­sı­nın tə­rəf­da­rı olan bə­zi azər­bay­can­lı­lar Ru­si­ya­ya köç­mə­yə baş­la­yıb. Əsa­sən II dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də və mü­ha­ri­bə­dən son­ra­kı dövr­də rus qa­dın­la­rı ilə ai­lə qu­rub bu­ra­da ya­şa­yan soy­daş­la­rı­mız Azər­bay­can mü­ha­ci­rə­ti­nin ikin­ci dal­ğa­sı­nın nü­ma­yən­də­lə­ri­dir. 1932-ci il rep­res­si­ya­la­rı za­ma­nı Si­bir, Mər­kə­zi və Or­ta Asi­ya, Ru­si­ya­nın uc­qar əya­lət­lə­ri­nə sür­gün edi­lən azər­bay­can­lı­lar­dan sağ qa­lan­lar bu əra­zi­lər­də ya­şa­ma­ğa məc­bur olub və çox cü­zi his­sə və­tə­nə qa­yı­da bi­lib.


Üçün­cü dövr 1960-80-ci il­lə­ri əha­tə edir. Bu döv­rün mü­ha­ci­rə­ti so­si­al və iq­ti­sa­di sə­bəb­lər­lə bağ­lı­dır. İlk ola­raq Ru­si­ya­nın əya­lət­lə­rin­də bö­yük ti­ki­li­lər - Si­bir­də Bay­kal-Amur ma­gist­ra­lı, Vol­qa bo­yun­da, Tu­men­də ye­ni neft ya­taq­la­rı­nın is­tis­ma­rı, ye­ni şə­hər­lər sa­lın­ma­sı sə­bə­bi­lə min­lər­lə azər­bay­can­lı bu­ra kö­çüb və ya kö­çü­rü­lüb. Bu mü­ha­ci­rət pro­se­si­nə mü­va­fiq ola­raq II Ba­kı, III Ba­kı, IV Ba­kı ki­mi an­la­yış­lar ya­ra­nıb. Ko­mi­tə­nin mə­lu­ma­tı­na əsa­sən, 1970-ci il­dən isə Ru­si­ya­ya təh­sil al­ma­ğa ge­dib ge­ri qa­yıt­ma­yan azər­bay­can­lı­lar da çox­luq təş­kil edir­lər. Mosk­va, Le­ninq­rad və di­gər iri şə­hər­lə­rə oxu­ma­ğa ge­dən azər­bay­can­lı­lar təh­sil mud­də­ti bit­dik­dən son­ra oz ix­ti­sas­la­rı üz­rə iş­lə­yə­rək Azər­bay­can ic­ma­sı­nın zi­ya­lı tə­bə­qə­si­ni təş­kil edib­lər. Bu ba­rə­də Azər­bay­can xal­qı­nın Umum­mil­li Li­de­ri 2002-ci ilin 9 iyu­nun­da Ru­si­ya­ya iş­gü­zar sə­fə­ri za­ma­nı et­di­yi nitq­də xü­su­si ola­raq qeyd edir: "Mən o vaxt SSRİ-dən bö­yük çə­tin­lik­lər­lə il­bə­il kvo­ta alır­dım. Bi­rin­ci il 100 yer ver­di­lər ki, on­lar im­ta­han­sız qə­bul edi­lə­cək­lər.

Yə­ni, im­ta­ha­nı Azər­bay­can­da ve­rə­cək­lər, gə­lib Mosk­va­da im­ta­han ver­mə­yə­cək­lər. İkin­ci il 200, son­ra 300, da­ha son­ra bu rə­qəm 800-ə qalx­dı. Axır vaxt­lar biz il­də 800 gənc gon­də­rir­dik. Əgər bu­ra­da on­lar­dan var­sa, ola bi­lər, xa­ti­rə­lə­rin­də­dir. Le­nin sa­ra­yın­da, in­di Res­pub­li­ka sa­ra­yı ad­la­nır, hər il on­lar­la gö­rüş ke­çi­rir dik. 17-18 yaş­lı 2500 gən­ci av­qust ayın­da biz Res­pub­li­ka sa­ra­yı­na yı­ğır­dıq, ha­mı­sı­na ağ köy­nək­lər, qals­tuk ge­yin­dir­dik, hə­rə­si­nə yol pu­lu, bir ay­lıq tə­qa­üd ve­rir­dik. Mən də ha­ra­da ol­sam da, av­qust ayı­nın ya 29-u, ya da 30-u gə­rək müt­ləq Ba­kı­da olar­dım. Çün­ki mən özüm on­lar­la gö­rüş­mə­li idim. İna­nın, mən hər bir gən­cə öz öv­la­dım ki­mi ba­xır­dım. Mə­nim ar­xi­vim­də çox şey­lər var. Bir çox şey­lə­ri də mən Mosk­va­ya kö­çən­də Ba­kı­da qo­yub get­dim. Son­ra bi­ri Azər­bay­ca­na gəl­di, mə­nim ar­xi­vi­min Ba­kı­da qa­lan his­sə­si­ni yan­dır­dı. Əv­vəl kra­nı açıb otaq­la­ra su tök­dü, ar­xiv­də­ki­lər xa­rab olan­dan son­ra çı­xa­rıb yan­dır­dı. Am­ma o şey­lə­ri ki, mən Mosk­va­ya apar­dım, in­di də qa­lır. Hər il 800 adam ki, SSRİ-nin bü­tün ali mək­təb­lə­ri­nə mü­sa­bi­qə­dən kə­nar qə­bul olu­nur­du, on­la­rın si­ya­hı­sı mə­nim ar­xi­vim­də­dir. Nə üçün" Çün­ki bi­lir­si­niz­mi, bu, mə­nim əsə­rim­dir. Bun­lar mə­nim öv­lad­la­rım­dır. İn­di kim bu­nu qiy­mət­lən­di­rir­sə, qoy qiy­mət­lən­dir­sin, kim unu­dur­sa, qoy unut­sun. İn­sa­nın doğ­ma öv­lad­la­rı­nın da bə­zi­lə­ri, gö­rür­sən, son­ra ata­sı­nı unu­dur. Am­ma mən bun­la­rın ha­mı­sı­na öv­lad­la­rım ki­mi bax­mı­şam. Sö­zü nə­yə gə­ti­ri­rəm? Biz hət­ta bu cür edir­dik. Am­ma in­di, əgər mü­əy­yən miqr­sa­iy ge­dir­sə, azər­bay­can­lı­lar gə­lib Ru­si­ya­da yer­lə­şib­lər­sə, bu­nun nə­yi pis­dir? İn­di Ru­si­ya­da bi­zim iki mil­yon­luq di­as­po­ru­muz var".


Dör­dün­cü dövr 1991-ci il­dən bu gü­nə qə­dər da­vam edən il­lər­dir. Bu dövr­də da­vam edən mü­ha­ci­rət pro­se­si əsa­sən iq­ti­sa­di sə­bəb­lər­lə əla­qə­li­dir. Ko­mi­tə qeyd edir ki, bu ta­rix­dən baş­la­nan mü­ha­ci­rət pro­se­si za­ma­nı azər­bay­can­lı­lar Ru­si­ya­nın müx­tə­lif şə­hər və ra­yon­la­rın­da məs­kun­laş­dıq­dan son­ra di­as­por for­ma­laş­dı­rıl­ma­sı zə­ru­rə­ti mey­da­nan çı­xıb. Ha­zır­da sa­yı 2-2,5 mil­yo­na ça­tan Ru­si­ya azər­bay­can­lı­la­rı­nın ək­sə­riy­yə­ti­ni 1991-ci il­dən son­ra küt­lə­vi şə­kil­də bu əra­zi­yə kö­çən­lər təş­kil edir­lər. 

Gö­rün­dü­yü ki­mi, Ru­si­ya­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı bir ne­çə mər­hə­lə­dən ke­çib. Azər­bay­can Res­pub­li­ka­sı müs­tə­qil­lik əl­də et­dik­dən son­ra bu­ra­da­kı soy­daş­la­rı­mı­zın di­as­por for­ma­laş­dır­ma­sı pro­se­si xu­su­si in­ten­siv­lik­lə baş­lan­mış və ha­zır­da da­vam et­mək­də­dir. Ko­mi­tə­nin mə­lu­ma­tı­na əsa­sən, Ru­si­ya­da azər­bay­can­lı­la­rı ət­ra­fın­da bir­ləş­dir­mə­yə ca­lı­şan 13 mər­kəz fəa­liy­yət gös­tə­rir. Ru­si­ya­da Azər­bay­can di­as­por təş­ki­lat­la­rı 89 ob­yek­tin ha­mı­sın­da fəa­liy­yət gös­tə­rir. Ru­si­ya­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı və cə­miy­yət­lə­ri­ni ət­ra­fın­da bir­ləş­di­rən iri qu­rum­lar fə­al iş­lə məş­ğul olur. Be­lə qu­rum­lar­dan bö­yü­yü və ge­niş im­kan­la­ra ma­lik ola­nı Ümum­ru­si­ya azər­bay­can­lı­la­rı Konq­re­si­dir. UAK 2001-ci il mar­tın 5-də Mosk­va şə­hə­rin­də tə­sis olu­nub. Azər­bay­can və Ru­si­ya rəs­mi döv­lət struk­tur­la­rı tə­rə­fin­dən ta­nı­nan konq­re­sin Ru­si­ya­nın 60-dan çox şə­hə­rin­də struk­tu­ru for­ma­laş­mış­dı. Ru­si­ya­nın de­mək olar ki, bü­tün iri şə­hər­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can cə­miy­yət­lə­ri konq­re­sin üzv­lə­ri­dir. 2001-ci il 4 ok­tyab­rın da UAK-ın bi­rin­ci qu­rul­ta­yı ke­çi­ril­di. UAK Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı olub, Ru­si­ya Fe­de­ra­si­ya­sın­da ya­şa­yan azər­bay­can­lı­la­rın və­tən­daş hü­quq­la­rı­nın mü­da­fiə­si, so­si­al-mə­də­ni in­ki­şa­fı­na yar­dım edir­di, Ru­si­ya­da azər­bay­can­lı­la­rın mil­li əla­qə­lə­ri­ni, kim­li­yi­ni və di­ni­ni, mə­də­ni ir­si­ni qo­ru­yub sax­la­yır­dı və in­ki­şaf et­di­rir­dir­di. Bun­lar­dan baş­qa Ru­si­ya və Azər­bay­can xalq­la­rı ara­sın­da dost­luq mu­na­si­bət­lə­ri­ni in­ki­şaf et­dir­mək, mil­li-mə­də­ni təd­bir­lə­rin re­al­laş­dı­rıl­ma­sın­da iş­ti­rak, mə­də­ni və mil­li əla­qə­lə­rin üux­tə­lif for­ma­lar­da (mə­də­niy­yət mər­kəz­lə­ri, ic­ma­lar, ta­ri­xi abi­də­lə­rin və mə­zar­la­rın qo­run­ma­sı, mil­li təh­si­lin in­ki­şa­fı) in­ki­şaf et­mə­si­nə dəs­tək ve­rir­di. ÜAK-ın tə­şəb­bü­sü ilə Tu­men yer­li te­le­vi­zi­ya­sın­da Azər­bay­can di­lin­də ve­ri­liş­lər ya­yım­la­nır­dı.


Tə­əs­süf­lər ol­sun ki, 2017-ci il­də Ru­si­ya Fe­de­ra­si­ya­sı Ali Məh­kə­mə­sin­də Ümum­ru­si­ya Azər­bay­can Konq­re­si­nin qey­diy­ya­tı­nın ləğv edil­mə­si ba­rə­də Ru­si­ya Əd­liy­yə Na­zir­li­yi­nin id­dia­sı ba­xı­la­raq tə­min edi­lib.


Ru­si­ya­da gənc­lə­ri bir­ləş­di­rən təş­ki­lat da fəa­liy­yət gös­tə­rir. 2009-cu il ap­re­lin 18-də Mosk­va­da Ru­si­ya­nın azər­bay­can­lı Gənc­lər Təş­ki­la­tı­nın (RAGT) tə­sis konf­ran­sı ke­çi­ril­miş­dir. Konf­rans­da Ru­si­ya­nın 60-dan çox re­gio­nun­da fəa­liy­yət gös­tə­rən 83 Azər­bay­can gənc­lər klu­bu və tə­şəb­büs qru­pun­dan 300-dək nü­ma­yən­də, ha­be­lə Ba­kı­dan də­vət olun­muş qo­naq­lar və Ru­si­ya­nın rəs­mi şəxs­lə­ri iş­ti­rak edib. Top­lan­tı­da gənc­lə­ri­mi­zin qar­şı­sın­da du­ran və­zi­fə­lər, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı zə­ru­rə­ti, gənc­lə­rin di­as­por qu­ru­cu­lu­ğu işin­də da­ha fə­al iş­ti­ra­kı­nın va­cib­li­yi ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Top­lan­tı­nın ye­ku­nun­da təş­ki­la­tın ni­zam­na­mə­si sə­sə qo­yu­la­raq qə­bul edi­lib, rəh­bər or­qan­la­ra seç­ki­lər ke­çi­ri­lib. Hey­dər Əli­yev Fon­du­nun Ru­si­ya nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri Ley­la Əli­ye­va yek­dil­lik­lə Ru­si­ya­nın azər­bay­can­lı Gənc­lər Təş­ki­la­tı­nın səd­ri se­çi­lib. Ru­si­ya­nın azər­bay­can­lı Gənc­lər Təş­ki­la­tı Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də fə­al təb­li­ğat işi qur­ma­ğa na­il olub.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND