"Vəziyyəti dəyişəcək ən vacib faktor..." - Bahar Muradova

02.01.2019 00:48
197
"Vəziyyəti dəyişəcək ən vacib faktor..." - Bahar Muradova

"Sədrlik edən ölkələr dəyişsə də, təəssüf ki, siyasətlər dəyişməz qalır".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyin İtaliyadan Slovakiyaya keçməsinə münasibət bildirərkən deyib.


"Vəziyyəti və siyasətləri dəyişəcək ən vacib faktor Azərbaycanın getdikcə artan nüfuzu, iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsidir", - deyə vitse-spiker özünün "Feysbuk" hesabında yazıb.


Qeyd edək ki, Slovakiya yanvarın 1-dən etibarən il ərzində ATƏT-ə sədrlik edəcək.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND