Xarici işlər nazirləri “David Qareci” məsələsini müzakirə ediblər


13.05.2019 17:38
157
 Xarici işlər nazirləri “David Qareci” məsələsini müzakirə ediblər

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Brüsseldə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümü münasibəti ilə keçirilən görüş çərçivəsində "David Qareci” məsələsi ilə bağlı müzakirə aparıblar.


Ekspress.az xəbər verir ki, bu barədə gürcüstanlı nazir David Zalkliani görüş sonrası jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, azərbaycanlı həmkarı ilə məsələ ilə bağlı daimi ünsiyyətdədir.


"Yalnız bu gün deyil, "David Qareci” ilə bağlı bu cür vəziyyət yaranandan bəri hər gün azərbaycanlı həmkarımla ünsiyyətdə olmuşuq (ONA). Bu barədə danışmışıq və razılaşmışıq ki, yenilənmiş komissiyanın həmsədrlərinin görüşü bu həftə olsun”.


David Zalkaliani cəmiyyəti və siyasətçiləri emosional bəyanatlar verməməyə çağırıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND