Manatla yığımlar sürətlə artır

20.06.2019 17:27
139
Manatla yığımlar sürətlə artır

Mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər isə 2 faiz artıb.


Mayda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya-1,90 (1,92) manata, 100 rus rubluna 2,62 (2,60) manata bərabər olub.


Ekspress.az