İtkin düşən goranboylu tələbə Qubada tapıldı

24.02.2019 23:39
426
İtkin düşən goranboylu tələbə Qubada tapıldı

Fevral ayının 17-də itkin düşən Goranboy rayon sakini Mayis Qurbanov Quba rayonunda tapılıb.


Ekspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Mayis Qurbanov bu gün səhər saatlarında Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.


Qeyd edək ki, Mayis Aslan oğlu Qurbanov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birinci kurs tələbəsidir. O, Goranboy rayonunun Qaraçinar kənd sakinidir.


AQİL


Görüntünün olası içeriği: 1 kişi, ayakta, ayakkabılar, ağaç ve açık hava




Açar sözlər: