Nehrə yağı adı altında satılanlar TRANS YAĞLARDIR

09.07.2019 13:48
164
Nehrə yağı adı altında satılanlar TRANS YAĞLARDIR

Ekspress.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyn sədri Qoşqar Təhməzli bildirib.


Agentlik sədrinin sözlərinə görə, transyağlarının nehrə yağı adı altında satılması cinayət faktıdır: "Cənub bölgəsində aşkarlanmış 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan həmin məhsulların ekspertiza nəticəsi məlum olub. Onların tərkibində müxtəlif tərkibli insan orqanizminə zərərli olan yağ nümunələri aşkarlanıb. Təəssüflə qeyd edib ki, tərkibində trans yağ aşkarlanan 12 adda yağın 80 faizindən çoxu ölkəyə idxal olunub".


Q.Təhməzli əlavə edib ki, yağların tərkibində transyağların miqdarı 2 faizdən çox olduqda onun idxalı qadağan olunacaq (Trend).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND