Azər­bay­can bren­di­nin dün­ya­da ta­nı­dıl­ma­sın­da di­as­po­run ro­lu

02.10.2018 18:59
463
Azər­bay­can bren­di­nin dün­ya­da ta­nı­dıl­ma­sın­da di­as­po­run ro­lu

 

Pre­zi­dent İl­ham Əli­ye­vin 16 mart 2016-cı il ta­rix­li sə­rən­ca­mı ilə təs­diq edil­miş "Stra­te­ji yol xə­ri­tə­lə­ri" sə­nə­din­də key­fiy­yət inf­rast­ruk­tu­ru sa­hə­lə­ri­nin in­ki­şa­fı­na ye­ni ya­naş­ma Azər­bay­can məh­sul­la­rı­nın dün­ya ba­zar­la­rı­na çı­xı­şı üçün eti­bar­lı tə­mi­nat ya­ra­dır. Dün­ya­nın ən ba­ha­lı brend­lə­ri içə­ri­sin­də ilk 10 mar­ka­dan 7-si tex­no­lo­gi­ya şir­kət­lə­ri­nə məx­sus­dur.


Bu ba­xım­dan "Ma­de in Azer­bai­jan" bren­di­nin xa­ri­ci ba­zar­lar­da təş­vi­qi­nə, yer­li şir­kət­lə­rin ix­rac­la bağ­lı xa­ri­ci öl­kə­lər­də ser­ti­fi­kat və pa­tent­lər al­ma­sı­na da­ir Pre­zi­dent İl­ham Əli­ye­vin Fər­ma­nı­na uy­ğun ola­raq Pa­tent və Əm­təə Ni­şan­la­rı Mər­kə­zi tə­rə­fin­dən önəm­li iş­lər hə­ya­ta ke­çi­ri­lir. Fər­man qey­ri-neft məh­sul­la­rı­nın is­teh­sa­lı­nın sti­mul­laş­dı­rıl­ma­sı və ix­ra­cı­nın təş­vi­qi sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən ən va­cib ad­dım­lar­dan bi­ri və ən əhə­miy­yət­li­si­dir (AZƏR­TAC).


Azər­bay­can məh­sul­la­rı­nın xa­ri­ci öl­kə ba­zar­la­rı­na çı­xa­rıl­ma­sı üçün rek­lam, mar­ke­tinq mə­sə­lə­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ri­lir. "Ma­de in Azer­bai­jan" bren­di­nin xa­ri­ci ba­zar­lar­da təb­li­ği­nə, ye­ni mə­sə­lə­lə­rin ix­rac­la bağ­lı xa­ri­ci öl­kə­lər­də ser­ti­fi­kat və pa­tent­lər ol­ma­sı­na, sər­gi­lə­rin təş­ki­li, ix­rac­la əla­qə­li çə­ki­lən xərc­lə­rin döv­lət büd­cə­sin­dən ödə­nil­mə­si nə­zər­də tu­tu­lur.


Mil­lət və­ki­li Ta­hir Mir­ki­şi­li bil­di­rir ki, "Ma­de in Azer­bai­jan" bren­di ilə dün­ya­ya çı­xan Azər­bay­can məh­sul­la­rı təd­ri­cən art­maq­da­dır: "Bu pro­ses iq­ti­sa­di gə­lir­lə ya­na­şı, öl­kə­nin ta­nın­ma­sı ba­xı­mın­dan va­cib əhə­miy­yət kəsb edir. Be­lə ki, bu, Azər­bay­ca­nın dün­ya miq­ya­sın­da da­ha çox ta­nın­ma­sı­na, öl­kə­yə, xü­su­sən də tu­rizm sek­to­ru­na, dün­ya­da Azər­bay­can məh­sul­la­rı­na tə­ləb ya­ran­ma­sı və di­gər bu ki­mi pa­ra­metr­lər ba­xı­mın­dan pers­pek­tiv vəd edir".


De­pu­tat bil­di­rir ki, bren­din ta­nı­dıl­ma­sı və in­ki­şaf et­di­ril­mə­si çox mü­rək­kəb və xey­li səy tə­ləb edən bir pro­ses­dir. Alı­cı­la­rın bren­din xey­ri­nə qə­rar ver­mə­sin­də on­la­rın bren­də ina­mı mü­hüm yer tu­tur. "Bu məq­səd­lə qı­sa müd­dət ər­zin­də Çi­nə, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri­nə, Al­ma­ni­ya­ya, Əf­qa­nıs­ta­na, Pa­kis­ta­na, Qə­tə­rə döv­lət tə­rə­fin­dən 7 ix­rac mis­si­ya­sı hə­ya­ta ke­çi­ri­lib. Ey­ni za­man­da bir çox bey­nəl­xalq sər­gi­lər­də Azər­bay­can məh­sul­la­rı­nın nü­ma­yi­şi hə­ya­ta ke­çi­ri­lib".

İ

q­ti­sad­çı Vü­qar Bay­ra­mo­vun fik­rin­cə, "Ma­de in Azer­bai­jan" bren­di­nin ya­ra­dıl­ma­sı və dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də təq­di­ma­tı­nın ke­çi­ril­mə­si Azər­bay­can və onun məh­sul­la­rı­nın ta­nı­dıl­ma­sı ba­xı­mın­dan əhə­miy­yət da­şı­yır: ""Ma­de in Azer­bai­jan" bren­di­ni dün­ya­ya çı­xar­maq­la Azər­bay­can məh­sul­la­rı­nın fərq­li­li­yi­ni, key­fiy­yə­ti­ni gös­tər­mək­lə ya­na­şı, ye­ni ba­zar­lar­da ta­nı­dıl­ma­sı­na na­il ol­maq müm­kün ola­caq. Bu kon­teks­tdən "Ma­de in Azer­bai­jan" sa­də­cə Azər­bay­can məh­sul­la­rı­nın ta­nı­dıl­ma­sı de­yil, həm də öl­kə­yə val­yu­ta­nın da­xil ol­ma­sı ba­xı­mın­dan va­cib­dir. Çün­ki öl­kə məh­su­lu­nun ta­nı­dıl­ma­sı nə­ti­cə­sin­də ona tə­lə­bin art­ma­sı öl­kə­yə da­ha çox ix­rac de­mək­dir" ("sia.az").


Eks­pert­lə­rin fik­rin­cə, Azər­bay­can bren­di­nin dün­ya­da ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın, o cüm­lə­dən biz­nes­lə məş­ğul olan soy­daş­la­rı­mı­zın üzə­ri­nə mü­hüm və­zi­fə­lər dü­şür. Mə­sə­lən, Azər­bay­can məh­sul­la­rı­nın Av­ro­pa­ya və di­gər qi­tə­lə­rə ix­ra­cı üçün ilk növ­bə­də məh­sul­la­rın key­fiy­yə­ti­ni yax­şı­laş­dır­ma­lı, stan­dart­la­ra uy­ğun­laş­dır­ma­lı­dır.


Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin səd­ri Sa­hil Qa­sı­mov qeyd edir ki, bir öl­kə­nin məh­sul­la­rı­nın, mət­bə­xi­nin Av­ro­pa və di­gər qi­tə­lər­də ta­nı­dıl­ma­sı üçün ilk növ­bə­də tu­riz­min in­ki­şa­fı yük­sək sə­viy­yə­də ol­ma­lı­dır, av­ro­pa­lı­la­rın öl­kə­yə axı­nı baş­la­ma­lı­dır: "Ən əsa­sı isə Av­ro­pa öl­kə­lə­ri ilə bir­ba­şa avia­reys­lər açıl­ma­lı­dır. Mə­sə­lən, Ams­ter­dam-Ba­kı rey­si il­lər­dir açıl­mır­dı. Bu­nun üçün nə qə­dər cəhd gös­tə­ril­sə də, heç bir nə­ti­cə yox idi. Hal­bu­ki ni­der­land­lı­lar dün­ya­nın ən çox sə­ya­hət edən sa­kin­lə­ri sı­ra­sın­da­dır­lar. De­mək olar, hər bir ni­der­land­lı il­də dörd də­fə dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nə sə­ya­hət edir. Ey­ni za­man­da, Bel­çi­ka­da, Al­ma­ni­ya­da yüz min­lər­lə həm­yer­li­miz ya­şa­yır. Tə­səv­vür edin, bu öl­kə­lər­dən AZAL ilə Ba­kı­ya uç­maq üçün Pa­ri­sə get­mək la­zım­dır. Bu da ən azı 500 ki­lo­metr mə­sa­fə­dir. İs­tər soy­daş­la­rı­mız, is­tər­sə yer­li əha­li di­gər avia­şir­kət­lə­ri se­çir­lər. Bir söz­lə, Av­ro­pa­da­kı azər­bay­can­lı­la­rın ka­pi­ta­lı di­gər döv­lə­tin büd­cə­si­nə get­miş olur. Nə­ti­cə­də Azər­bay­ca­na ge­də­cək tu­rist­lə­rin sa­yı iki də­fə azal­mış olur. Əl­bət­tə, öl­kə­mi­zə get­mə­yən, onun məh­sul­la­rı­nı ta­nı­ma­yan av­ro­pa­lı öz öl­kə­sin­də bi­zim məh­sul­la­ra ba­xan­da onun üçün məc­hul gö­rü­nür. Bur­dan da be­lə nə­ti­cə­yə gəl­mək olar ki, av­ro­pa­lı­lar Azər­bay­ca­na nə qə­dər çox gəl­sə­lər, onu ya­xın­dan ta­nı­sa­lar, məh­sul­la­rı­na da bir o qə­dər çox ma­raq gös­tə­rər­lər".


Qa­sı­mo­vun söz­lə­ri­nə gö­rə, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar da is­tə­yir ki, Azər­bay­can Av­ro­pa­da da­ha ge­niş ta­nı­dıl­sın, öl­kə­mi­zin məh­sul­la­rı ora­da da­ha ge­niş çe­şid­də təm­sil olun­sun: "Bu, xa­ric­də ya­şa­yan azər­bay­can­lı sa­hib­kar­la­rı­nın da ma­raq­la­rı­na xid­mət edir. On­lar da­ha key­fiy­yət­li, çox çe­şid­li məh­sul­la­rı Av­ro­pa öl­kə­lə­rin­də sa­tı­şı­nı təş­kil et­mək­lə, Azər­bay­can ti­ca­rət ev­lə­ri­nin açıl­ma­sı­na dəs­tək ver­mək­lə bö­yük iş­lər gö­rə bi­lər­lər. Ay­dın­dır ki, bu ti­ca­rət mər­kəz­lə­rin­də iş­lə­yən­lə­rin də ək­sə­riy­yə­ti et­nik azər­bay­can­lı­lar ola­caq. Azər­bay­ca­na ma­raq ar­tıq­ca di­as­por təş­ki­lat­la­rı­nın öl­kə­mi­zi yer­li əha­li­yə ta­nıt­ma­sı im­kan­la­rı da ge­niş­lə­nə­cək. Or­da ya­şa­yan azər­bay­can­lı sa­hib­kar­lar da qey­ri-neft sek­to­ru­nu məh­sul­la­rı­nın Av­ro­pa öl­kə­lə­ri­nə ix­ra­cın­da ma­raq­lı ola­caq­lar. Ey­ni za­man­da ta­ri­xi və­tən­lə­rin­də­ki sa­hib­kar­lar­la bir­gə fəa­liy­yət gös­tər­mək im­ka­nı da qa­za­na­caq­lar. On­lar mü­əy­yən gü­zəşt­lər də əl­də edə bi­lər­lər".


Azər­bay­can məh­sul­la­rı­nın ix­rac edil­mə­si is­ti­qa­mə­tin­də sa­hib­kar­lar üçün bir sı­ra gü­zəşt­lər nə­zər­də tu­tu­lur. Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­yev "Xa­ri­ci öl­kə­lə­rə ix­rac mis­si­ya­la­rı­nın təş­ki­li­nə, xa­ri­ci ba­zar­la­rın araş­dı­rıl­ma­sı və mar­ke­tinq fəa­liy­yə­ti­nə, "Ma­de in Azer­bai­jan" bren­di­nin xa­ri­ci ba­zar­lar­da təş­vi­qi­nə, yer­li şir­kət­lə­rin ix­rac­la bağ­lı xa­ri­ci öl­kə­lər­də ser­ti­fi­kat və pa­tent­lər al­ma­sı­na, ix­rac­la əla­qə­li təd­qi­qat-in­ki­şaf proq­ram və la­yi­hə­lə­ri­nə çə­ki­lən xərc­lə­rin döv­lət büd­cə­si he­sa­bı­na ödə­ni­lən his­sə­si­nin mü­əy­yən­ləş­di­ril­mə­si və ödə­nil­mə me­xa­niz­mi­nin tən­zim­lən­mə­si Qay­da­sı"nın təs­diq edil­mə­si haq­qın­da" fər­man im­za­la­yıb. Qey­ri-neft ix­ra­cat­çı­la­rı­nın Yev­lax­da ke­çi­ri­lən res­pub­li­ka mü­şa­vi­rə­sin­də Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, "Ma­de in Azer­bai­jan" bren­di­nin dün­ya­da ta­nı­dıl­ma­sı üçün prak­ti­ki ad­dım­lar atı­lır: "Ar­tıq bu brend bu gün dün­ya­da şöh­rət qa­za­nıb. Döv­lət tə­rə­fin­dən təş­kil edil­miş sər­gi­lər və o sər­gi­lər­də sa­hib­kar­la­rın iş­ti­ra­kı gö­zəl nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­rır. Bu sər­gi­lər­də di­as­po­ra nü­ma­yən­də­lə­ri də iş­ti­rak edir, Azər­bay­ca­nın təb­li­ğin­də rol oy­na­yır­lar. "Bir ne­çə sər­gi­də ar­tıq kont­rakt­lar da im­za­la­nıb. Əgər biz bu sər­gi­lər­də iş­ti­rak et­mə­səy­dik, kont­rakt­lar da im­za­lan­maz­dı. Yə­ni, biz gör­dük ki, sa­hib­kar­la­ra əla­və kö­mək gös­tə­ril­mə­li­dir".


Xa­ri­ci öl­kə­lə­rə bir ne­çə ix­rac mis­si­ya­sı­nın ezam edil­di­yi­ni, bu mis­si­ya­la­rın da çox bö­yük fay­da­sı ol­du­ğu­nu de­yən Pre­zi­dent qeyd edib: "Be­lə qə­ra­ra gəl­dik ki, bir ne­çə öl­kə­də Azər­bay­ca­nın ti­ca­rət ev­lə­ri­ni ya­ra­daq və biz ar­tıq bu­na ya­xın­la­şı­rıq. Yə­ni, döv­lət tə­rə­fin­dən atıl­mış bü­tün bu ad­dım­lar əl­bət­tə ki, sa­hib­kar­lar üçün ye­ni im­kan­lar ya­ra­dır. Ti­ca­rət ev­lə­ri­nin ya­ra­dıl­ma­sı həm də di­as­por təş­ki­lat­la­rı­nın fə­al­laş­ma­sı­na xid­mət edir. On­lar Azər­bay­ca­nın təb­li­ği üçün ge­niş im­kan­lar qa­za­nır­lar. Azər­bay­can döv­lə­ti də on­la­ra hər cür dəs­tək ve­rə­cək. Bu isə döv­lə­tin dəs­tə­yi ilə ye­ni ba­zar­la­ra çı­xış əl­də et­mə­yə sə­bəb ola­caq. Biz bu­nu edi­rik və edə­cə­yik, ix­rac­yö­nüm­lü məh­sul­la­rın həc­mi­ni ar­tır­ma­lı­yıq. Ər­zaq təh­lü­kə­siz­li­yi də bu iki amil­lə bi­la­va­si­tə bağ­lı olan mə­sə­lə­dir. Biz bu­na da ya­xın­la­şı­rıq ki, ər­zaq təh­lü­kə­siz­li­yi­mi­zi tam şə­kil­də tə­min edək" (pres­lib.az).


İq­ti­sad elm­lə­ri dok­to­ru Fik­rət Yu­si­fo­vun fik­rin­cə, ya­xın gə­lə­cək­də qey­ri-neft sə­na­ye­si sa­hə­sin­də və aq­rar sek­tor­da is­teh­sa­lın həc­mi­nin on də­fə­lər­lə ar­tı­rıl­ma­sı göz­lə­ni­lir: "Bu isə o de­mək­dir ki, aq­rar sek­tor­dan ix­ra­cın həc­mi get­dik­cə ge­niş­lə­nə­cək­dir. Bu sə­bəb­dən də öl­kə Pre­zi­den­ti­nin mü­va­fiq sə­rən­ca­mı ilə "Ma­de in Azer­bai­jan" bren­di ilə Azər­bay­can­da is­teh­sal olu­nan məh­sul­la­rın xa­ri­ci ba­zar­lar­da re­al­laş­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tan təd­bir­lər gö­rü­lür. Bu təd­bir­lər içə­ri­sin­də ən önəm­li ola­nı, müx­tə­lif sər­gi­lə­rin təş­ki­li yo­lu ilə Azər­bay­can məh­sul­la­rı­nı xa­ri­ci alı­cı­la­ra ta­nıt­maq­dır. Bu gün dün­ya­nın is­tə­ni­lən ba­za­rın­da yer al­maq ki­fa­yət qə­dər mü­rək­kəb mə­sə­lə­dir. Ba­zar­da yer ala bil­mə­yin ye­ga­nə düz­gün yo­lu, da­ha key­fiy­yət­li və da­ha ucuz mal­la alı­cı ma­ra­ğı­nı tə­min edə bil­mək­dir. Bu­nun üçün də sər­gi­lər va­si­tə­si­lə məh­sul­la­rı­mı­zın nü­ma­yi­şi ye­ni alı­cı ba­zar­la­rı­nın fəth edil­mə­si de­mək ola­caq.


Mil­lət və­ki­li Va­hid Əh­mə­dov be­lə he­sab edir ki, "Ma­de in Azer­bai­jan" bren­di ilə əla­qə­dar Pre­zi­dent İl­ham Əli­ye­vin im­za­la­dı­ğı sə­nəd­lər, bun­dan irə­li gə­lə­rək gö­rü­lən bü­tün iş­lə­rin əsas məq­sə­di, öl­kə­mi­zin məh­sul­la­rı­nı dün­ya­da ta­nıt­maq, bey­nəl­xalq ba­zar­la­ra çı­xış əl­də et­mək­dir ("kas­pi.az"). Onun söz­lə­ri­nə gö­rə, "Ma­de in Azer­bai­jan" bren­di­nin ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də atı­lan ad­dım­lar­dan son­ra müx­tə­lif is­teh­sal məh­sul­la­rı­mı­zın da­ha ge­niş çe­şid­də bey­nəl­xalq sər­gi­lər­də nü­ma­yi­şi, bey­nəl­xalq ba­zar­la­ra çı­xı­şı tə­min olu­nur. Bu is­ti­qa­mət­də fəa­liy­yət hə­ya­ta ke­çi­ri­lər­kən təb­li­ğat və təş­vi­qa­ta xü­su­si­lə fi­kir ve­ril­mə­li­dir.


Əh­mə­dov bil­di­rir ki, bu­nun­la ya­na­şı, key­fiy­yət və qab­laş­dır­ma da mü­hüm əhə­miy­yət kəsb edir. "Əgər biz bey­nəl­xalq ba­zar­lar­da özü­mü­zə yer et­mək, məh­sul­la­rı­mı­zı da­vam­lı ola­raq xa­ri­ci öl­kə­lə­rə ix­rac et­mək is­tə­yi­rik­sə, key­fiy­yə­tə, çe­şi­də, xa­ri­ci gö­rü­nü­şə, qab­laş­dır­ma­ya, ye­ni­li­yə fi­kir ver­mə­li­yik ki, güc­lü rə­qa­bət­də məğ­lub ol­ma­yaq. Se­vin­di­ri­ci hal­dır ki, ar­tıq xa­ri­cə ix­rac­da kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı da üs­tün­lük təş­kil et­mə­yə baş­la­yıb. Bü­tün bun­lar müs­bət ha­di­sə­lər­dir və Azər­bay­can­da is­teh­sa­lı, ix­ra­cı da­ha da sti­mul­laş­dı­rır".

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND