"İdeal" mağazalar şəbəkəsi cərimələndi

20.07.2019 16:15
184
"İdeal" mağazalar şəbəkəsi cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatasıİdeal KompaniMMC"-ni 1303 ABŞ dolları cərimələyib.


Ekspress.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub.


İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. 


Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.


“İdeal Kompani” MMC-nin 26.060,31 avro məbləğində xarici valyuta vəsaitinin 20% məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarından tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.


Qeyd edək ki, “İdeal Kompani” MMC parfümeriya və kosmetika satışını həyata keçirən mağazalar şəbəkəsinə sahibdir. Şəbəkəyə 15 mağaza daxildir (report). 


Ekspress.az