Sürücülərə xəbərdarlıq: Bu yollarda ehtiyatlı olun


06.08.2019 15:46
246
Sürücülərə xəbərdarlıq: Bu yollarda ehtiyatlı olun

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ekspress.az -a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Ekspress.az


Açar sözlər: